Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Facebook Messenger-də əla yenilik...

  • Müəllif  Asef

 

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook daha bir önəmli yenilik edib. Facebook Messenger proqramında videozəng funksiyası istifadəyə verilib.
 
Take.Az Gizmodo-ya istinadən bildirir ki, iOS və Android əməliyyat sistemli smartfonlarla planşetlərin sahiblərinin artıq yararlana biləcəkləri funksiya 18 dövlətdə işə salınıb.
 
Digər regionlarda Facebook Messenger istifadəçiləri videozəng funksiyasından bir neçə ay sonra yararlana biləcəklər.
Smartfon və ya planşet sahibi video vasitəsilə ünsiyyət rejiminə keçmək üçün açıq söhbət seansı zamanı ekranın yuxarı sağ küncündəki kamera ikonasına toxunmalıdır.
 
Servis krossplatformalıdır, yəni iOS və Android əməliyyat sistemli qacetlərin sahibləri asanlıqla ünsiyyət qura bilərlər.
Facebook Messenger proqramının aylıq auditoriyası artıq 700 milyon nəfəri keçib. Proqram hazırda pul köçürülməsi funksiyasına malik olmaqla yanaşı, kənar proqram istehsalçıları üçün açıq və tammiqyaslı platformaya çevrilib.
 
İki həftə əvvəl Facebook Messenger-in fərdi kompüterlər üçün əlahiddə veb-versiyası da istifadə verilmişdi.
 
Bununla yanaşı, biznes və müştərilər arasında effektiv təmaslar qurmaq üçün Businesses on Messenger proqramının da istifadə verilməsi nəzərdə tutulub.


Oxşar mövzular:
  • Savaşa start: Facebook inqilabi yeniliyə başlayır
  • WhatsApp-da yenilik: Videozəng funksiyası
  • Skype-dan yenilik
  • WhatsApp-da gözlənilən oldu
  • Windows Live Messenger - v.7.0


  • Gerİ dön


    1 şərh


    • Facebookda yoxam təşəkkürlər

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III