Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


WhatsApp-ın əsas ÜSTÜNLÜKLƏRİ

  • Müəllif  Asef

 

Vaxt keçdikcə daha çox mobil qurğu istifadəçisi SMS mesajlara alternativ kimi Facebook şirkətinə məxsus WhatsApp messencerindən istifadə edir.
 
Əgər planetin istənilən nöqtəsində smartfon sahiblərinin arasında ən populyar mobil messencerlə bağlı sosial sorğu keçirsək, WhatsApp messenceri qalib olacaq.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, 2009-cu ildə Yahoo! şirkətinin keçmiş əməkdaşları Brayan Akton və Yan Koum tərəfindən yaradılmış messencer Mark Sukerberqin diqqətini cəlb edib və 2014-cü ilin yanvarında 22 milyard dollara Facebook tərəfindən satın alınıb. 
 
İndi WhatsApp messencerinin aktiv istifadəçilərinin sayı 800 milyon insan təşkil edir. WhatsApp-ın əsas üstünlüyü (onlayn çat funksiyasından başqa) kontakt siyahısındakı başqa istifadəçilərə səsli mesaj, foto və videonun ani göndərmə imkanına malik olmasıdır.
 
Xidmətdə qeydiyyatdan keçərkən abunəçinin identifikasiyası üçün onun telefon nömrəsi istifadə edilir. Amma sadə qeydiyyat və identifikasiya nömrəsi mobil modulla təchiz edilməmiş planşetlərdə xidmətdən istifadəni mümkünsüz edir. 
 
Tərtibatçılar push bildiriş funksiyasını reallaşdırıblar, nəticədə mobil proqram həmişə fon rejimində işləyir, yalnız mesaj və ya multimedia məzmununun qəbulu zamanı öz mövcudluğu haqda xəbər verir. Yeri gəlmişkən, foto və ya videonun göndərilməsi zamanı faylın maksimal ölçüsü 16 MB təşkil edə bilər.
 
WhatsApp, həmçinin bir neçə istifadəçidən ibarət çat qrupları yaratmağa, abunəçiyə zəng etməyə, olduğu yer haqda məlumatlar paylaşmağa, profil fotosunu dəyişdirməyə, çatın tarixçəsini elektron poçtla göndərməyə və bir çox başqa əməliyyatların icrasına imkan verir.
Mobil proqramın mənfi cəhəti kimi istifadəçilərin təhlükəsizliyinin aşağı dərəcədə olmasını qeyd etmək lazımdır.
 
Nəticədə WhatsApp messenceri müntəzəm spam xarakterli göndərmələr üçün istifadə olunur. Bütövlükdə mobil proqram çox xoş təəssürat yaradır və ən populyar mobil messencer adına layiqdir. 
 
WhatsApp mobil messencerini bütün məşhur müasir mobil platformalar üçün ödənişsiz yükləmək olar.


Oxşar mövzular:
  • WhatsApp istifadəçilərinə daha bir xoş xəbər
  • WhatsApp-da yenilik: Videozəng funksiyası
  • "WhatsApp"da yenilik
  • WhatsApp-da gözlənilən oldu
  • "WhatsApp" pullu olacaq


  • Gerİ dön


    3 şərh


    • Deyirem WP yaxsiki var . Mendede WP var idi . Indi dersdere gore baglamisam . AMA dersder qutarsin yene acacam. Xebere gore tewekkurler. Elinize sagliq.


    • Okerka
    • Xəbərlər: 1
    • Şərhlər: 288
    • İCQ:


    • Bunlari bilirdim ama yebede twklar)


    • Ayan E-va
    • Xəbərlər: 35
    • Şərhlər: 1346
    • İCQ:


    • Təşəkkürlər

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Gülare
           Нет
    Şərhləri: 1
     
    BAKINEC_1994
           Нет
    Şərhləri: 1
     
    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III