Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dəmir çatışmazlığının və qanazlığının 10 əlaməti

  • Müəllif  Asef

 

Dəmir çatışmazlığı olan xəstələr buz, torpaq, limon qabığı və s. yeyir, mazut qoxusundan zövq alırlar.
Minerallar da vitaminlər kimi orqanizmin immun sistemini möhkəmlədir, maddələr mübadiləsini sürətləndirir, daxili orqanların öz funksiyalarını düzgün icra etməsinə dəstək verir. Minerallar həmçinin qan və sümük toxumalarının istehsalı, həmçinin əsəb sisteminin düzgün fəaliyyəti üçün zəruridir. Məhz buna görə də qida rasionuna sağlamlığı qorumaq üçün mineralların əlavə edilməsi vacibdir. Orqanizm üçün vacib olan mikroelementlərdən biri də məhz dəmirdir.

Dünyada insanların 10-30 faizi dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkir. Dəmir çatışmazlığı və qanazlığının qadınlarda daha tez-tez rast gəlinməsin əsas səbəbi hər ay baş verən menstruasiyadır.

Bu xəstəlik vaxtında müalicə edilməzsə, ürək çatışmazlığı kimi ciddi xəstəliklərə yol aça bilər. Qanazlığının erkən dövrdə müalicə edilməsi həm qadın sağlamlığı, həm də həyat keyfiyyəti üçün böyük əhəmiyyət daşıyır. Ancaq bunun üçün əvvəlcə dəmir çatışmazlığı və qanazlığı əlamətlərini bilmək lazımdır. Terapevt Həcər Baltaoğlu hər bir qadının bilməsi lazım olan dəmir çatışmazlığı və qanazlığını əlamətlərini belə sadalayıb.

1. Solğun dəri: Hemoqlobin qana qırmızı rəng verdiyi üçün dəri təravətli tonda görünür. Əgər hemoqlobin azalarsa, dəri solğun görünür. Xüsusilə dodaqlar və almacıq sümükləri solğunlaşır.

2. Dodaqlar çatlayır: Dəmir azlığında qırmızı qan hüceyrələrində myoqlobulin zülalı da azaldığı üçün dil öz rəngini itirir. Bununla yanaşı, hamar hala gəlir, şişir və ağrıyır. Dodaq ətrafında da çatlar yaranır və yeməyi udmaqda müəyyən çətinliklər törədir.

3. Saç tökülməsi və dırnaq problemləri: Dəmir çatışmazlığı və qanazlığından əziyyət çəkən insanlarda saç tökülməyə başlayır. Bununla yanaşı, dırnaqlarda da cızıqlar və düzləşmə kimi problemlər ortaya çıxır.

4. Göz qaralması, baş gicəllənməsi: Qanın azalması ani baş gicəllənməsinə, təzyiq düşməsinə, hətta huşu itirməyə səbəb olur.

5. Səbəbsiz gərginlik: Özünüzü heç bir səbəb yox ikən gərgin sıxıntılı və ya əsəbi hiss edirsiniz? Diqqət edin, bunun səbəbi dəmir çatışmazlığı və qanazlığı ilə bağlı yaranan oksigen çatışmazlığıdır.

6. Zəifləyən tiroid: Dəmir çatışmazlığı tiroid funksiyalarını da zəiflədir və qalxanabənzər vəzin metabolizm prosesindəki rolunu əngəlləyir. Hipotiroidi olan hər 10 nəfərdən 6-sının tiroidlərində hansısa problem olduğundan xəbəri olmur. Enerjinin aşağı düşməsi, çəki artımı, isti havalarda da çox üşüyən yaxınlarınız varsa, onlara vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edin.

7. Torpaq, əhəng və təbaşir yemək istəyirsinizsə: Dəmir çatışmazlığı qanazlığı olan insanlarda qida dəyəri olmayan maddələri yemək arzusu baş qaldırır. Məsələn, torpaq, əhəng, gil, tabaşir, kağız, buz və sair.

8. Ayaq sindromu: Ayaqlardakı oynaqlarda ağrılar varsa, bu, qanazlığından da qaynaqlana bilər. Üstəlik, dəmir çatışmazlığı yuxuya təsir edir. Gecələr narahat yatır, səhərlər yuxudan oyananda isə yorğunluq hiss olunur.

9. Halsızlıq və yorğunluq: Hemoqlobin səviyyəsinin düşməsi nəticəsində qan damarlarına oksigen daşımasına mane olur. Halsızlıq, yorğunluq, nəfəs darlığı, baş ağrısı, sinə ağrısı kimi problemlər ortaya çıxır. İnsanlar hər zaman gördükləri işləri belə görməkdə belə çətinlik çəkirlər.

10. Həyəcan, tənəffüs orqanlarında səs: Qanazlığı ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Bu da həyəcan, yorğunluq, nəbzdə və ürəkdə tənəffüs orqanlarında səslərin eşidilməsi kimi problemlərə yol açır. Ürək xəstəliyi olanlar qanazlığı kimi problemlərlə üzləşərlərsə, vəziyyət daha da şiddətlənə bilər. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar dəmir səviyyəsinə nəzarət etməlidir.


Oxşar mövzular:
  • Arıqlamağa qoymayan mərəz
  • Əllərimiz hansı xəstəliklərdən xəbər verə bilər?
  • QRİPDƏN QORUNMANIN YOLLARI
  • Dırnaqlardakı ağ nöqtələrin sirri açıldı
  • Qadınlar daha çox qışda qocalır


  • Gerİ dön


    2 şərh


    • Məndə hər şey öz növbəsindədi .Allah hər kəsə kömək olsun

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • Bu elametlerin demek olarki coxu mende var.Amma mende bu iki xesteliyin ikiside var bilirem.

    • --------------------------------------------
      Ayna menim en yaxsi dostumdur...Cunki men aglarken o esla gulmur..
    • ◇◆meryem◆◇
    • Xəbərlər: 12
    • Şərhlər: 208
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031