reklam
Maraqlı faktlar Maraqlı faktlar https://take.az/uploads/posts/2022-03/medium/1647419628_image.jpg
Kır_papatyası

Kır_papatyası Maraqlı 16-03-2022, 12:35

Maraqlı faktlar

Maraqlı faktlar
- Qeydə alınan məlumatlara görə, köpəkbalıqları 1580-cı ildən bu günə qədər, 2700 insana hücum edib. Bunlardan 500-ü ölümlə nəticələnib.

- Uşaqların yox deyə bilmədiyi cips kartof qızarmalarının paketlərində olan havanın mənası çox sadə imiş. Havanın olması, qızardılmış kartofların ovulmaması və onların xarab olmaması üçün imiş.

- Anadan olan uşaq əgər oğlandırsa, ana südü 35% daha yağlı olurmuş. Yox əgər, anadan olan uşaq qızdırsa, ana südündə kalsium maddəsinin miqdarı çox, yağlılıq az olurmuş.

- İtlərin burunlarının ucu həmişə yaş olur. Buna səbəb isə, havadakı toz zərrəciklərini daha tez tutaraq, daha dəqiq iyi tanımaq üçün imiş.

- Dünyada hər 2000 körpə uşaqdan biri, dişləri çıxmış halda anadan olurmuş.

- Cənubi Koreyada bir insanın adı əgər qırmızı qələmlə yazılıbsa, onun başına çox pis işlər gətiriləcək mənasını verir. Buna səbəb isə, dünyada ölüm hökmləri verilən insanların adları qara rəngli qələmlə yazıldığı halda, Cənubi Koreyada bu rəng qırmızı imiş.

- Dəniz ulduzunun qanı və beyini yoxdur. Buna baxmayaraq, bədənin əsas hissəsini tutan iki ədəd mədəsi var imiş.

- Dünyada hər iki saniyə ərzində bir "Nutella" şokaladı satılmaqdadır.

- Dünyada neçə əsirdir ki, verilən sual "Toyuq yumurtadan yaranıb, yoxsa yumurta toyuqdan?" -sualına cavab tapıldı. 2010-cu ildə aparılan araşdırmada məlum olub ki, yumurta toyuqdan əmələ gəlib. Buna səbəb isə, yumurtanın əmələ gəlməsi üçün "Omesledin O 7" adlı proteinə ehtiyac vardır ki, bu da, ancaq toyuqlarda olurmuş.

- Ağlayanda həmişə burnumuz axmağa başlayır. Bunun əsas səbəbi isə, göz yaşlarımızın bir qismi xaricə çıxdığı halda, böyük bir hissəsinin isə, xüsusi kanalla burnumuza axması imiş.

- Orta hesabla gözlərimizi bir dəqiqədə 12 dəfə qırpırıq. Buna görə də, 8 saat yatan insan, orta hesabla gün ərzində 10 min dəfə gözlərini qırpırmış.

- Nil timsahı suyun altında iki saat fasiləsiz olaraq nəfəsini saxlaya bilirmiş.

- Hıcqıranda qulaqlarımızı çəkmək də, hıcqırığı kəsirmiş.

- Təbii mirvarini tünd sirkənin içinə qoysaq, əriyib sirkəyə qarışarmış.

- Göz yaşı, üzümüzdə olan 95% bakteriya və virusu öldürmək gücənə malik imiş.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 184 166 125 206 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.