reklam
Ev Şəraitində Fındıqlı Nuqa Ev Şəraitində Fındıqlı Nuqa https://take.az/uploads/posts/2022-03/thumbs/1647709079_ev-sc999raitindc999-findiqli-nuqa-768x432.jpg
n2006

n2006 Mətbəx 19-03-2022, 21:25

Ev Şəraitində Fındıqlı Nuqa

Ev Şəraitində Fındıqlı Nuqa
Mağazada bir çox desertlər görməyə öyrəşmişik və bunun üçün hazırlanması mürəkkəb və əlçatmaz inqrediyentlər tələb etdiyini düşünərək onların necə hazırlandığını fikirləşmirik. Hər kəsin sevdiyi, lakin evdə hazırlamağa cəsarət etmədiyi nuqa da onlardan biridir. LoaDinG.Az şəraitində hazırlanan dadlı nuqanın reseptini təqdim edir.

Tərkibi:

2/3 stəkan bal
2 ədəd yumurta ağı
1 stəkan qovrulmuş fındıq ləpəsi
1/2 stəkan ərik qurusu
yarım limonun qabığı
Hazırlanma qaydası:

Dərin bir qaba yağlı kağız sərib hazırlayın. Balı su hamamında əridin. Başqa bir qabda yumurta ağını mikserlə yaxşıca çırpın. Çırpılmış yumurta ağını su hamamında əriyən isti bala az-az əlavə edib taxta qaşıqla dayanmadan qarışdırın. Kütlə yapışqan, karamel rəngli olacaq. Qatılaşana və daha açıq rəng alana qədər qarışdırmağa davam edin (təxminən 45 dəqiqə). Daha sonra əvvəlcədən qovrulmuş qabıqsız fındıq ləpəsi, doğranmış ərik qurusu və limon qabığı rəndəsi əlavə edin. Bunların hamısını su hamamında edin. Demək olar ki, ağ rəng olana qədər qarışdırmağa davam edin. Qarışdırmaq getdikcə çətinləşəcək.Ocaqdan, su hamamından götürüb kütləni yağlı kağız sərilmiş qəlibə yayıb üzərini yağlı kağızla örtün. Qəlibi quru yerdə bir neçə saat və ya bir gecə soyumağa buraxın. Nuqa bərkidikdən sonra çox iti bıçaqla uzun zolaqlara kəsin. Daha sonra o zolaqları kiçik kub formasında doğrayın. Nuqanı yağlı kağıza büküb sərin, quru yerdə və ya soyuducuda saxlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 153 172 139 152 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.