Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin

  • Müəllif  Asef

Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin

 

Təəssüf ki, bu xeyirli tərəvəz bizim mətbəxdə az-az istifadə olunur.

Xarici ölkələrdə isə (xüsusilə Avropa və Amerikada) yunan kabakı ən populyar tərəvəzlərdən biridir. Orada daha tez-tez tünd yaşıl rəngdə olan sukkini sortu istifadə olunur.
Çox dadlı, asan mənimsənilən bu tərəvəz həmçinin çox faydalıdır. Bir çox xəstəliklər və pozulmalar zamanı yunan kabakı dietik məhsul kimi istifadə olunur.
 
Yunan kabakının tərkibində zülallar, karbohidratlar, karotin, C, B qrupu vitaminləri, pektinlər, maqnezium, kalium, kalsium, dəmir var.
 
Yunan kabakı təbii antioksidant maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə qocalma proseslərilə mübarizə aparır, orqanizmi cavanlaşdırır.
 
Uzunluğu 20-25 sm olan təzə, tam dəyməmiş yunan kabakğı ən faydalı sayılır. Bişirilmə zamanı tərəvəzin qabığını soymaq lazım deyil (tərəvəzin qabığında çoxlu faydalı maddələr var). Yunan kabakını pörtlədirlər, qızardırlar, salatlarda, ət və balıq xörəklərində qarnir kimi istifadə edirlər.
 
Yunan kabakını kiçik yaşlı uşaqların ilk əlavə qidalanmasına daxil etmək olar. Tərəvəz həm çox faydalıdır, həm asan mənimsənilir, həm də allergik reaksiyalara səbəb olmur. Uşaqlar üçün yunan kabakından püre hazırlamaq olar. Püreyə digər tərəvəzləri də əlavə etmək olar.
 
Yunan kabakı həmçinin xəstə, əməliyyat və ya ağır xəstəlik keçirmiş, mədə-bağırsaq sistemində problemləri olan insanların qidalanmasına daxil edilir.
 
Yunan kabakı az kalorili məhsuldur və bu səbəbdən arıqlamaq üçün olan müxtəlif pəhrizlər zamanı geniş istifadə oluna bilər.
 
Yunan kabakı orqanizmi artıq mayedən və duzlardan azad olmağa kömək edir, qanı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Bu səbəbdən yunan kabakı hipertoniya, ateroskleroz, böyrək xəstəlikləri, podaqra, artrit zamanı çox xeyirlidir.
 
Kalium və maqneziumla zəngin olan bu tərəvəz ürək əzələsini qidalandırır, ödemlərlə mübarizə aparır.
Yunan kabakının əsas hissəsini su təşkil edir. Lakin bu, adi su deyil - bioloji aktiv sudur. Belə su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, sərbəst radikallar) yaxşı təmizləyir, dərinin vəziyyətini yaxşılaşdırır.
 
Yunan kabakı qaraciyərin və ödün fəaliyyətinə müsbət təsir edir.
Dərimiz üçün də çox xeyirlidir. Bu tərəvəz dərini ağardır və cavanlaşdırır. Yunan kabakından bu kimi maska etmək olar:
 
1-2 tikə yunan kabakı, 1 yumurta sarısı, 1 xörək qaşığı yulaf yarması, 1 çay qaşığı badam yağını blenderdən keçirin və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. 



Oxşar mövzular:
  • Arıqlamaq istəyirsinizsə, alça yeyin
  • Sağlamlıq üçün ən faydalı içkilər
  • Balın şəfası
  • Artıq çəkidən qurtulmaq istəyənlərə
  • Hansı meyvə hansı xəstəliyin dərmanıdır?


  • Gerİ dön


    4 şərh


    • Heç görməmişdim indi gördüm

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • xebere gore tesekkurler


    • sweet girl
    • Xəbərlər: 0
    • Şərhlər: 1644
    • İCQ:


    • bu nediki 67 Turklerde gormuwem bu terevezden ama bele hec vaxt ne gormuwem ne de dadmiwam.

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:


    • xowlamiram twk

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III