Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Oppo R7 və R7 Plus göstərildi

  • Müəllif  Asef

Oppo R7 və R7 Plus göstərildi

 

Çinin Oppo şirkəti qabaqcıl Oppo R7 və R7 Plus smartfonlarını elan edib.

Hər iki qurğu 1,5 QHs takt tezlikli səkkiznüvəli 64 bit prosessor, 3 QB əməli yaddaş və iki kamera (13 meqapiksellik əsas və 8 meqapiksellik ön) ilə təchiz edilib.

Take.Az ICTnews-a istinadən bildirir ki, Oppo R7 Plus cihazına quraşdırılmış əsas kamerada ikiqat işıq diodu işıqlandırıcısı və lazer avtofokusu tətbiq edilir, halbuki Oppo R7 smartfonuna bir işıq diodu işıqlandırıcısı quraşdırılıb.

Smartfonlar arasında fərq aşağıdakılardır: Oppo R7 qurğusunda ekranın ölçüsü 5 düym, plus versiyasında 6 düymdür. Hər iki qurğuda ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. Oppo R7-də daxili yaddaşın tutumu 16 QB, Plus versiyasında 32 QB-dır. Plus versiyasında akkumulyator batareyasının tutumu 4100, adi versiyada 2320 milliamper/saat təşkil edir. Smartfonlar ColorOS 2.1 interfeysinə malik Android Lollipop 5.1 mobil əməliyyat sistemi ilə işləyir.

Çində qabaqcıl smartfonların satışına başlanılıb. Oppo R7 qurğusunun qiyməti təxminən 400 dollar, Oppo R7 Plus isə 480 dollardır.



Oxşar mövzular:
  • İlk çərçivəsiz smartfon
  • Bu da 4 QB əməli yaddaşlı smartfon
  • Bu da 4 QB əməli yaddaşlı smartfon
  • 5.7 düymlük ZMAX fableti göstərildi
  • Ascend P7 mini smartfonu göstərildi


  • Gerİ dön


    1 şərh


    • Çox sağolun qəşəngdi

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III