Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sony Xperia Z3+ göstərildi

  • Müəllif  Asef

Sony Xperia Z3+ göstərildi

 

Sony şirkəti qabaqcıl Xperia Z3+ smartfonunu nümayiş etdirib. 

Sony Xperia Z3+ smartfonu səkkiznüvəli Qualcomm Snapdragon 810 prosessoru, 1920x1080 piksel təsvir ölçülü 5,2 düymlük ekran, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Multimedia məzmunu microSD-un növbəli daşıyıcılarında 128 Qiqabayta qədər tutumla saxlamaq olar.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, smartfonun əsas kamerası 4K videoçəkilişi funksiyası ilə təchiz edilmiş 20,7 meqapiksellik Exmos RS təsvir ötürücüsünə malikdir. Ön fotomodul 5,1 meqapiksel təsvir ölçüsünə malikdir. Aparat aşağıdakı simsiz rabitə texnologiyalarını dəstəkləyir: 4G LTE /3G HSPA+, Wi-Fi 802.11a /b/g/n/ac, Bluetooth 4.1 və GPS/QLONASS, MHL 3.0 və NFC.
 
Təqdim edilmiş smartfon su və toza qarşı yüksək dayanıqlıq səviyyəsinə, Sony DSEE HX audiotexnologiyasına, Stamina rejimini dəstəkləyən 2930 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və Android 5.0 Lollipop mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Yeni qurğu 2015-ci ilin iyunundan satışa çıxarılacaq.



Oxşar mövzular:
  • İlk çərçivəsiz smartfon
  • HTC Desire 626 satışa çıxarıldı
  • Selfi həvəskarları üçün ucuz smartfon
  • Ascend P7 mini smartfonu göstərildi
  • Bu da Sony Xperia Z1S


  • Gerİ dön


    1 şərh


    • Super teldi xoşum gəldi 09

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III