Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mobil telefon istifadəçilərinə xoş xəbər

  • Müəllif  Asef

 

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. Bu barədə Trend-ə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov I Avropa Oyunları Əməliyyat Komitəsinin iclası zamanı deyib.

İ.Məmmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir. Nazir müavini həmçinin qarşıdan gələn yarışlarla əlaqədar nazirlik tərəfindən aparılan telekommunikasiya infrastrukturunun hazırlıq işlərindən də danışıb: "300 kilometrdən çox optik lifli və 5 kilometrə yaxın mis rabitə kabelləri çəkilib. Alternativlik və dayanıqlıq üçün I Avropa Oyunlarının keçiriləcəyi məkanların qoşulacağı iki xətdən - əsas və alternativ - istifadə olunacaq".

Bundan başqa, rabitə və telekommunikasiya xidmətlərinin dayanıqlığı üçün ölkənin bir sıra dövlət strukturlarında da optik xətlər istifadə olunacaq: "İyunun 2-nə kimi idman yarışlarının keçiriləcəyi idman komplekslərində daxili rabitəni təmin etmək üzrə işlər başa çatacaq. Bu istiqamətdə işlər mobil operatorlar "Azercell" və "Bakcell" tərəfindən aparılır, yarışların yayımı üçün 4 peykin (Intelsat, AsiaSat, Utelsat и Azerspace) resurslarından istifadə olunacaq".

I Avropa Oyunları ilə bağlı sizi maraqlandıran bütün suallara görə 2015 nömrəsinə zəng edə bilərsiniz. Nömrə bir neçə dildə fəaliyyət göstərir.



Oxşar mövzular:
  • I Avropa Oyunlarında internet pulsuz olacaq
  • I Avropa Oyunları zamanı idman obyektlərinə nəqliyyat marşrutları müəyyən o ...
  • Mobil telefon istifadəçilərinə xoş xəbər!
  • Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb
  • Azərbaycanda mobil asıllığa son qoyuldu


  • Gerİ dön


    1 şərh


    • Çox sağ olunnnn

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III