Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Ramazan açıqlaması: "Sensasiya axtarmayın!"

  • Müəllif  Asef

 

Azərbaycanda QMİ-nin müqəddəs ramazan ayı ilə əlaqədar verdiyi fətvaya heç kimdə şübhə yaranmamalıdır.

Trend xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, QMİ-nin ramazan ayı ilə bağlı verdiyi fətva tam elmi hesablamalara əsaslanıb: Bu hesabların üzərində bir neçə ay iş aparılıb. Heç kimdə bununla bağlı tərəddüd olmamalıdır".

Rəsədxananın direktoru qeyd edib ki, hesablamalara görə, iyun ayının 17-də ayın görünməsi ehtimalı çox yüksəkdir. Lakin hər hansı dəyişiklik olarsa, bu barədə əlavə məlumat veriləcək.

O, bu məsələdə KİV-lərə ucuz sensasiyalar ardınca getməməyi tövsiyə edib: "Bizim müstəqil respublikamız, güclü rəsədxanamız, savadlı mütəxəssislərimiz var. Ona görə də onların dedikləri ilə getmək daha yaxşı olardı".

E.Quliyev deyib ki, hazırda Şamaxı Astrofizika Rəsədxanası dini bayramların vaxtının müəyyən edilməsi və təqvimlərin tətbiq edilməsi ilə əlaqədar bir sıra ölkələrin rəsədxanaları, elmi-dini qurumları ilə əməkdaşlıq edir: "Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük və möhtəşəm rəsədxanalarından biridir. Onun böyük elmi potensialı var. Bu potensialın açıqlanması bizi çox sevindirir. İran, Rusiya, Türkliyə, Ukraynadan alimlər gəlib bizdə təcrübə keçir, müşahidələr aparırlar. Əlbəttə ki, bu, bizi sevindirir".

Qeyd edək ki, QMİ-nin fətvasına görə, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə ramazan ayının birinci günü, iyunun 17-i orucluğun niyyət gecəsidir. Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.



Oxşar mövzular:
  • Ramazanla bağlı FƏTVA
  • Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • Azərbaycanda Ramazan Ayının başlanma tarixi açıqlandı
  • Azərbaycanda “21 dekabrla” bağlı rəsmi açıqlama
  • Müqəddəs Ramazan ayı başladı


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031