Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əkiz güləşçilər Bakıda bir otaqda yaşaya bilmirlər

  • Müəllif  Asef

Əkiz güləşçilər Bakıda bir otaqda yaşaya bilmirlər

 

Meyt və Viktor Nemes əkiz qardaşları bir-birinə mane olmamaq üçün ayrı otaqlarda qalmalıdırlar. Lakin yunan-Roma güləşçiləri hesab edirlər ki, rəqib olmaları onların uğur qazanmasına yardımçı olacaq.

Take.Az 1-ci Avropa Oyunlarının rəsmi saytına istinadən bildirir ki,  Viktor Nemes Bakı 2015-də 75 kq çəki dərəcəsinə malik idmançılar arasında yunan-Roma güləşi üzrə yarışacaq.

"Zənnimcə, bu yaxşı haldır, çünki birlikdə məşq edə bilməklə yanaşı, qardaşım Meyt mənə kömək edə bilər. Lakin biz indi eyni otaqda yaşaya bilmərik, çünki hər gün vuruşuruq", - V.Nemes deyib.

Şimali Serbiyanın Senta kəndindən olan 21 yaşlı bu əkizlər eyni çəki dərəcəsi üzrə yarışırlar. Lakin onlar Bakıda müxtəlif idman tədbirlərində iştirak edirlər.

Əkizlər belə düşünürlər ki, əgər onların yanında daim mübarizə aparacaqları bir kimsə olarsa, bu, güləş karyerasını inkişaf etdirməyə yardımçı olar. 

Viktor Nemes bildirib ki, onlar məşq düşərgəsində olanda 10 gündən sonra dalaşmağa başlayırlar. 

Onun əkizi Meyt Nemes etiraf edir ki, indiyədək qardaşı ilə çox vuruşub: "Bizim aramızda kimin daha yaxşı mövqe tutması uğrunda çoxlu yarışlar olub".

Meyt Nemes 75 kq çəki dərəcəsinə malik idmançılar arasında keçiriləcək yarışda iştirak edəcək.

Serbiya komandası Bakıda güləş üzrə ən azı 3 medal qazanmaq niyyətindədir. Komandanın ən güclü üzvü, iki dəfə Avropa Çempionatının bürünc medal mükafatçısı olan Aleksandr Maksimoviç deyib ki, qrupdan gələn dəstək onlara kömək edəcək. 



Oxşar mövzular:
  • Türkiyə I Avropa Oyunlarına 153 idmançı ilə qatılacaq
  • 2 gunde 2 medal
  • Keti Teylor “Bakı-2015”-in idman elçisi oldu
  • Azərbaycan idmançısı ilin ən yaxşısı seçildi
  • Bolqarıstandan 6 qızıl, 4 gümüş və 10 bürünc medal


  • Gerİ dön


    1 şərh


    • Çox sağ olun

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031