reklam
Çox Asan Hazırlanan, Boyatlamayan, Südsüz, Qatıqsız Dadlı Keks Çox Asan Hazırlanan, Boyatlamayan, Südsüz, Qatıqsız Dadlı Keks https://take.az/uploads/posts/2022-06/thumbs/1655477646_cox-asan-hazirlanan-boyatlamayan-sudsuz-qatiqsiz-dadli-keks1-768x432.jpg
n2006

n2006 Mətbəx 17-06-2022, 18:56

Çox Asan Hazırlanan, Boyatlamayan, Südsüz, Qatıqsız Dadlı Keks

Çox Asan Hazırlanan, Boyatlamayan, Südsüz, Qatıqsız Dadlı Keks
Əgər süd və süd məhsullarına qarşı allergiyanız varsa, bu dadlı keksi hazırlamaqdan çəkinməyin. Allergiyanız olmasa belə, evdə süd və ya qatıq olmadıqda belə çox az tərkibli keks bişirə bilərsiniz. LoaDinG.Az südsüz, qatıqsız keks reseptini təqdim edir.

Tərkibi:

3 ədəd yumurta
1 stəkan şəkər tozu
1/2 stəkan duru yağ
1,5 stəkan su
2 paket vanil
1 paket qabartma tozu
3-3,5 stəkan un
Hazırlanma qaydası:

İlk öncə yumurta və şəkər tozunu yaxşıca çırpın. Üzərinə duru yağı və suyu əlavə edib çırpmağa davam edin. Yaxşıca çırpdıqdan sonra üzərinə vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın. Az-az unu əlavə edərək qarışdırın. Keks qəlibini yağlayın və xəmiri qəlibə yayın. Keksi əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dərəcə bişirin. Bişən keksi sobadan çıxarıb otaq temperaturunda soyudun.

Əlavə qeyd:

İçində süd və ya qatıq olması onun qalxmasına mane olmur.
Zövqə görə keksə üzüm qurusu, qoz, fındıq kimi müxtəlif çərəzləri əlavə edərək keksinizi zənginləşdirə bilərsiniz.
Tərkibində süd və süd məhsulları olmadığı üçün boyatlamır, bərkimir.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 225 232 270 227 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.