Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın

  • Müəllif  Asef

“WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın

 

"ESET" antivirus şirkətinin mütəxəssisləri populyar "WhatsApp" messencerində maskalanan zərərli proqram təminatının fəallığının artması haqda məlumat verib.

"Android" platforması ilə işləyən smartfon və planşetlərə hücum edən mobil SMS troyan "TrojanSMS.Agent.ZS" adlanıb. Virus 2015-ci ilin əvvəlindən qeyri-rəsmi mobil proqram mağazaları vasitəsilə yayılır.

Take.Az ICTnews-a istinadən bildirir ki, istifadəçi virusun quraşdırılma faylını yükləyib və işə saldıqdan sonra proqram "WhatsApp" adı altında istifadəçiyə mobil tətbiqdən istifadə üçün ödəniş edilməsini təklif edir. Ödəniş edildikdən sonra əlavə paketlərdən ibarət ikinci faylın yüklənməsi başlanır. Bundan sonra troyan SMS göndərilməsinə icazə daxil olmaqla administrator hüquqlarını tələb  etməklə əməliyyat sisteminə quraşdırılır.

"TrojanSMS.Agent.ZS" virusu sistemə tam giriş əldə etdikdən sonra ödənişli nömrələrə mobil mesajlar göndərməyə, həmçinin zənglər etməyə, qurğu və sistem haqda məlumatları kənar serverə ötürməyə başlayır.

"ESET" ekspertləri bu problemdən xilas olmaq üçün populyar mobil proqramları yalnız rəsmi internet mağazalardan yükləməyi və mobil qurğulara müasir antiviruslar quraşdırmağı tövsiyə edirlər.



Oxşar mövzular:
  • WhatsApp-ın əsas ÜSTÜNLÜKLƏRİ
  • Mobil ödənişlər populyarlaşır
  • Şirkətlər də smartfon "tor"una düşüblər
  • Android-də yeni viruslar yayılır
  • Android" istifadəçiləri, ehtiyatlı olun!


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III