reklam
Ev Şəraitində Xırçıldayan Alça Turşusu Ev Şəraitində Xırçıldayan Alça Turşusu https://take.az/uploads/posts/2022-06/medium/1655711468_ev-c59ec999raitindc999-xc4b1rc3a7c4b1ldayan-alc3a7a-turc59fusu-768x432.jpg
n2006

n2006 Mətbəx 20-06-2022, 12:30

Ev Şəraitində Xırçıldayan Alça Turşusu

Ev Şəraitində Xırçıldayan Alça Turşusu
Restoranlarda yeməklərin yanında süfrəyə verilən alça turşusunu özünüz ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az çox ləzzətli və xırçıldayan alça turşusunun reseptini təqdim edir.

Tərkibi:

1 kiloluq banka üçün


kiloluq banka üçün təxminən yarım kq yaşıl alça
1 xörək qaşığı qaya duzu
1 çay qaşığı şəkər tozu
yarım çay qaşığı limon duzu
3-4 diş sarımsaq
1 stəkan üzüm və ya alma sirkəsi
qaynar su
Yarım kiloluq banka üçün:

yarım kiloluq banka üçün təxminən 250 qr alça
yarım xörək qaşığı qaya duzu
yarım çay qaşığı şəkər tozu
3-4 dənə limon duzu
2 diş sarımsaq
yarım stəkan alma və ya üzüm sirkəsi
qaynar su
Hazırlanma qaydası:

İlk öncə alçaları yaxşıca yuyun. İstifadə edəcəyiniz bankaları və qapaqları da qaynar sudan keçirin. Alçaları bankalara doldurun. 1 kiloluq banka üçün 1 xörək qaşığı qaya duzu tökün, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 3-4 diş sarımsaq, 1 stəkan üzüm və ya alma sirkəsi tökün. Üzərinə qaynayan isti suyu dolana qədər tökün. Təzə, heç işlənməmiş qapaqlarlarla bankaları bağlayıb tərs çevirin. Bu şəkildə 1 gün turşuları saxlayın. 1 gün sonra turşuları çevirib sərin bir yerdə saxlayın. 10 gün sonra açıb istifadə edə bilərsiniz və ya qış üçün saxlaya bilərsiniz. Bu reseptlə hazırladığınız turşular heç xarab olmadan, sərin yerdə istədiyiniz qədər saxlamaq olar.

Yarım kiloluq bankalarda hazırlamaq üçün yuxarıda verdiyimiz reseptlə hazırlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 184 163 139 204 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.