Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


°•○Tweety ilə müsahibə (üç nöqtə)○•°

  • Müəllif  Tweety

°•○Tweety ilə müsahibə (üç nöqtə)○•°

 

Javadova & Tweety
 
1.Bir insan ən çox sevgilisini,ən yaxşı şəkildə ailəsini,ən uzun da anasını sevər.Kimisə həyatda olmasa da sevmək səndə hansı hissi gücləndirir və hansını öldürür? 
-Sevmək mərhəmət hissini gücləndirir,nifrəti,kini öldürür. Fərq etməz bu ailəyə,valideynə ya da sevgiliyə olan sevgidi
 
2.Franz Kafka deyir ki;"Bir gün ölmək üçün hər gün yaşayırıq".İnsan həyatda 2 dəfə ölür.Və son nəfəsində də ağrı hiss edirsə deməli,hələ ölməyib,çünki ağrıdan həyatdır.Çətin günlərində etdiyin fədakarlıqlar nələrdir və peşman deyilsən?
-Çətin günlərimdə ətrafımdakılara bildirməməyə calışıram,əgər bu fədəkarlıq sayılarsa,bunnan da peşman  olmamışam )
 
3.Müharibənin ən qızğın vaxtında cəbhədə döyüşən bir əsgər olduğunu düşün.Qəflətən düşmən gülləsinə tuş gəlsən və əbədiyyət qaçınılmaz olsa yaxınındakı əsgər yoldaşlarına deyəcək sözün nə olardı?
-Bəzi  şeylər var ki,o anı nə qədər düşünsən də yaşamamış nə edəcəyini və ya nə deyəcəyini bilmək olmur bu sualda mənə bir az elə gəldi,ancaq böyük bir ehtimalla "Vətən sağ olsun” deyərdim

 
4.İkimiz bir yerə getsək və oranı seçmək qərarı sənin olsa hara gedərik?
-Hmm… kinoteatra gedərdik : ) 
 
 
 
5.Tez-tez "ölüm" sözünün keçdiyi suallar verirəm amma mənim üçün ölüm əbədi yaşamın ilk mərhələsidir.Yaşadığın il ərzində neçə dəfə qocalmısan ya da əbədiyyət sənin üçün nə ifadə edir?
 
-Ölüm—Sonun başlanğıcı,ruhun azadlığı
 
 
6.Hava,od,su və torpaq;bu 4 elementdən hansı olmaq sənin üçün kifayət edər? Hamının hiss etdikləri qövmündə və görkəmində dəyişiklik yaratmır.əsas ruh bunları hiss edir.Və biz hamımız insan cildində ruhlarıq,əgər həqiqətən də hiss etməyi bacarırıqsa.Ruhun külək olub hansısa bir alovu körükləndir?r ya su olub sonsuzluqda rəqs edər?Yoxsa torpaq olub min illərlə sirlər saxlayar?Və ya od olub hər şeyə son qoyar?
-Bu 4 elemetdən birini sadəcə seçməli olsaydım suyu seçərdim,ancaq ruhum torpaq olub min illərlə sirlər saxlayardı
 
7.Təbəssüm.Bu,səndə qısaca əşşi deməkdi ya razılıq əlaməti?
-Son bir neçə ayda daha çox "əşşi” deməkdi
 
8.Kitab yazarı olsaydın kitabının adı nə olardı? Lev Tolstoy kimi 12 cildlik kitab olmasa da, yazsan öz həyatında öyrəndiklərini yazardın yoxsa ümumiyyətlə başqasının həyatını?
-ELEN))-in müsahibəsində öz həyatımdan ad vermişdim kitaba :)  ancaq yazar olsaydım başqasının həyatından yazardım,adını da "3 Nöqtə...” qoyardım
 
9.Dünya tarixində mənim üçün ən maraqlı hadisələrdən biri Solferino döyüşü və Boston çay qonaqlığıdır.Sənin üçün ən maraqlı döyüş və ya hadisə nə olub?
-Boston çay qonaqlığı maraqlıdı doğurdanda)) birdəki mənə  dünya tarixində ən qısa çəkən döyüş maraqlıdı,bəzi məlumatlarda 38 bəzilərində 40,bəzilərində isə 45 dəqiqə çəkdiyi qeyd olunur,təəssüf adını xatırlamadım : (
 
 
10.Danışdıqlarını dinləyənlər var ya sən də mors əlifbasından istifadə edirsən?
 
-Danışmağı çox sevmirəm,M(- -) O(- - -) R(.-.) S(…) :)
 
 
11.Marsdakılar deyir;"Narahat olmayın,Mars hücum etməyəcək,siz özünüzü və öz planetinizi öldürməklə onsuz da yaxşı iş görürsünüz".Bizdən ağıllıdılar,hə..;) Səncə biz özümüzü necə öldürürük,məcazi mənada?
 
-Hmm...ağıllıymışlar :) məncə biz ölümü demək olar ki,hər an unutmaqla öldürürük özümüzü
 
 
12.Mahnıların yaşam qaynağı olduğunu tez-tez litota ilə Ifadə edirik.Azan kimi bütün insanlığa oxunmasa da ,elə bir mahnı olubmu ki, dərində basdırdığın yaralara sarğı olsun?

-Yaralarıma sarğı olan yox əksinə o yaraları daha da qanadan mahnılar olub J elə mahnıları da çox dinləməyi  xoşlamıram
 
 
13.Bəzi xatirələr var..İtirilmiş vüqarlar..həyat axıb gedərkən sənin sən olub ağlından keçən gözəllikləri etdiyin vaxtlar olub?
 
-olub,ən son keçən ilin  iyulunda :)
 
 
14.Həyat şahmat oyunundakı kimidir.Oyun qurtarandan sonra şah və vəzir eyni qutunun içinə girir.Amma bir şey maraqlıdı ki,yenidən oyuna başlayanda şah şahlığını edir,vəzir də vəzirliyini.Və bu oyunda elə belə də olmalıdır.Səncə insanlar bilə-bilə həyatda dikbaşlılıq edirlər yoxsa onlar buna məcburdur? Ya da tanıdığın birinin dediyi kimi;"əllər var dolu qızılla,dolu üzüylə,deyil xoşbəxt".
 
-indiki insanlarla qarşılşqlı rəftar etmək lazımdı,istəməsək belə çox vaxt şərtlər belə tələb edir,”hamısı zəmanədəndi” deyirlər ancaq hər şey insanın özündən asılıdı,yazıq zəmanə neynəsin :)) Bilərək ya yerli-yersiz dikbaşlıq məntiqsizlik olar… "əllər var dolu qızılla,dolu üzüylə,deyil xoşbəxt” belədə ki,düz sözə nə deyəsən… "əllər var seçir paltar,seçir qızıl bəzənmək üçün,Əllər var oğlu  qızı ac,açılır dilənmək üçün”
 
 
15.Əli-İmran surəsi 92-ci ayədə deyilir:"Sevdiyimiz şeylərdən Allah yolunda sərf etmədikcə əsl yaxşılığa çata bilmərik".Ümumiyyətlə,insan ən yaxınını paylaşa bilmir.Ana,ata,bacı, qardaş və s.Amma sən mələyini Allah ilə paylaşmısan.İndi cənnətdə digər mələklərlə namaz qılır.Anan səndən ən çox nəyi istəyərdi,necə biri olmanı?
 
-İnsan hər yaşda Anaya ehtiyac duyur xüsusilə qız uşaqları…ancaq daha çox ehtiyac duyduğu bəzi anlar vardır,mən də elə bir anda itirdim Mələyimi… bu haqda nəinki danışmaq, yazmaq belə çox çətin gəlir mənə. Hər bir valideyn ağıllı ,xeyirli bir övladı olmasını istər məncə
 
 
16.Hamı düşünür ki,quşlar azad varlıqlardır.Çünki hər yerə uça bilərlər.Və sual verirlər ki,quşlar hər yerə Gedə biləcəykən niyə eyni yerdə qalırlar?Bu sualı sənə verirərm.Niyə yaşadığın yerdəsən,səni orda tutan nədir? 
 
-Yaşadğım yerdəyəm çünki məni burda tutan "kiçik”ailəm var :)

 
17.Biraz da əvvələ gedək..necə bir uşaq olmusan,uşaqlığın necə keçib?
 
-Deyilənlərə görə dəcəl olmamışam,sözün əsl mənasında uşaq kimi keçirmişəm uşaqlığımı, ancaq doya-doya yaşaya bilməmişəm,necə deyərlər qursağımda saxlayan anlar olub…

 
18.Balaca olanda o uşaq ağlınla nədən qorxurdun? ən çox qorxudan,tüklərini biz-biz edən nə olub?
 
-Uşaq ağlımla qorxduğum tək şey xoxanlar olub :) Anam yatmasam xoxanlar aparar deyərdi…
 
19.Dram teatrında aktrisalar səhnəyə qoyulan oyunları əzbərləyib oynayırlar.Və mahnıda da deyildiyi kimi - milyon həyata gəlib,milyon dəfə ölürlər.Aktrisanın ruhu haqqında nə düşünürsən?
 
-"Mən aktrisa üçün oynamaq sözünü qəbul etmirəm. Kart oynamaq,dama oynamaq,cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır” (Faina Ravenskaya)  gözəl fikirdi… əlavə şərhə ehtiyac yoxdu məncə
 
 
Təşəkkürlər Javadova :)
°•○○•°



Oxşar mövzular:
  • ♡°Nə keçmiş,nə indi,nə də gələcək°♡
  • Əslində Mən (Roman) - Bir az Yoxluq və Ehtiyac...
  • Javadova ilə müsahibəm =)
  • Öhdəsindən gələ bilmədiyim arzumsan...
  • Maraqlı


  • Gerİ dön


    8 şərh


    • Ikinizde gozel iwdirak etmisiniz ela size 100 faiz halaldi men eger duwmen gulesine Tuw gelsem sonuncu sozum yanimdaki esger Yeqinki dosdum olar yoxsa yanimda ne gezir deyerem ki sevgilimede ki ozunu oldursun menim olmadisa hec kimin olmasin axiretde yanimda olsun


    • genceli
    • Xəbərlər: 0
    • Şərhlər: 23
    • İCQ: 508952931


    • sual-cavab pis alinmayib lakin suallar cox idi biraz yigcam olsa yaxsi olar ve 3-cu suali hec beyenmedim menasiz geldi.


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:


    • 1.Bir insan ən çox sevgilisini,ən yaxşı şəkildə ailəsini,ən uzun da anasını sevər.Kimisə həyatda olmasa da sevmək səndə hansı hissi gücləndirir və hansını öldürür?

      Əslində elə sevgini daxildə nifrəti yetişdirir ....bir insan nə qədər çox sevirsə bir adami sonda ona o qeder nifret edir...sonra deseki yox peşman olmamişam filan hamisi boş söhbətdi bu danilmaz faktdiki Bir gün səni yuxari qalxizanlar sonra yerə cirpirlar...Ona gorede sevgi nifrətin özüdür...


      5.Tez-tez "ölüm" sözünün keçdiyi suallar verirəm amma mənim üçün ölüm əbədi yaşamın ilk mərhələsidir.Yaşadığın il ərzində neçə dəfə qocalmısan ya da əbədiyyət sənin üçün nə ifadə edir?

      Mənim fikrimcə öldünsə elə bitdi vəssalam çünki o dünyanin olmagina hec bir əsas yoxdu cənnət cəhənnəm ola bilər ama olmayada bilər çünki hec kes ordan geri qayidib danişmayib sizde 100 faiz bilesiz mence öldün yeniden ruhun qayidir Belkede sen özün nece esr bundan öncə bir ruhu daşiyirsan nece olur ki Butun insanlar eynidi Nizaminin vaxtindada bele olub Nesimininde vaxtinda ele indide

      .Həyat şahmat oyunundakı kimidir.Oyun qurtarandan sonra şah və vəzir eyni qutunun içinə girir.Amma bir şey maraqlıdı ki,yenidən oyuna başlayanda şah şahlığını edir,vəzir də vəzirliyini.Və bu oyunda elə belə də olmalıdır.Səncə insanlar bilə-bilə həyatda dikbaşlılıq edirlər yoxsa onlar buna məcburdur? Ya da tanıdığın birinin dediyi kimi;"əllər var dolu qızılla,dolu üzüylə,deyil xoşbəxt".

      Əgər Canavarsansa Parcalamaga məhkumsan əgər dovşansansa Qacçmaga məhkumsan Yəni bu belədinəsənsə odu özünü daşa divara vurmaqla heçnə olmayacaq çünki sən busan

    • --------------------------------------------
      Ama galiba, bütün bu olanlara dayanamam, ama hazırım
      Sen giderken adımlarını sayarım
      Heyhat ! Ne yazık seni yanlış tanıdım sanırım.
      .

    • Xəbərlər: 115
    • Şərhlər: 246
    • İCQ:


    • Suallar: Javadova
      cavablar: Tweety :)))
      Əvvəlcədən planlaşdırılmış xəbər deyildi əslində bir başa suallar gəldi:) və çox bəyəndim sualları :)
      Xəbəri sadəcə mən paylaşmalı oldum,qeyd etdim ki,çaşqınlıq olmasın :)
      diqqətiniz üçün təşəkkürlər :)


    • Xəbərlər: 101
    • Şərhlər: 961
    • İCQ:


    • son vaxtlar musahibeleri severem :) ela ainib maraqla oxudum suallari ve cavablari..yaxsi suallardi.tesekkur he ikinize 16

    • --------------------------------------------
      *****************************************************

      Bir gun men verdiyim soyuq salamdan..Alisib yanarsan Ehtiyyatli ol...

    • AliCe_WonDer
    • Xəbərlər: 121
    • Şərhlər: 897
    • İCQ:


    • Vaybee Tweety'e bakin siz:))Gozel xanimdan gozel ve cox maragli suallar gelmiw:)Bu bir nov firtina oncesi sessizlik misali:)Nece vaxtdi xeber hazirlamirdiz ama son 2 xeberiniz eladi:)Cavablarda gozeliydi xanimin yawina gore fikirleri gozeldi tebii ki ama meni suallar valeh etdi duzu:)Her ikinizin ellerine sagliq maraqli musahibeycun.

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1500
    • İCQ:


    • Cox gozel..)) suallari cox beyendim..cunki ne wablon deyildi,hem de duwundurucu,mentiqli idi..cavablar da eynen..))her ikiniz cox sagolun:)

    • --------------------------------------------

    • Xəbərlər: 29
    • Şərhlər: 409
    • İCQ:


    • fikirler cox xowuma geldi...ve tebiki suallarda....ikinizede tewekkurler gozel musahibe alinb

    • --------------------------------------------

      MiLLeTimiN XesTeLiYiniN aDi LeTarGiYa...●•
    • Şaheste
    • Xəbərlər: 166
    • Şərhlər: 308
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III