reklam
Sobada Kabab Ləzzətində Ət Sobada Kabab Ləzzətində Ət https://take.az/uploads/posts/2022-06/medium/1656234717_sobada-kabab-lc999zzc999tindc999-c68ft-768x432.jpeg
n2006

n2006 Mətbəx 26-06-2022, 14:00

Sobada Kabab Ləzzətində Ət

Sobada Kabab Ləzzətində Ət
Dana əti çox dadlı və zərif olur. Süd, ot və samanla bəslənmiş körpə dananın ətinin dadından doymaq mümkün deyil. Körpə dananın əti müxtəlif yeməklərin bişirilməsində istifadə edilir. LoaDinG.Az sobada kabab ləzzətində ət yeməyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

sümüklü dana antrikot
Sousu üçün:

5 xörək qaşığı zeytun yağı
1/2 limonun suyu
2 diş sarımsaq
duz, istiot.
Hazırlanma qaydası:

Sousu hazırlamaq üçün bir qabda zeytun yağı, limon suyu, doğranmış sarımsaq, duz və istiot töküb qarışdırın. Hazırladığınız bu sousu ətin hər iki tərəfinə yaxın. Ətin üzərinə streç salafan keçirib ən az 2 saatlıq marinə olunması üçün soyuducuda saxlayın. Ətin yanında bişirmək üçün kartof, kök və soğanı iri-iri doğrayın. Doğradığınız tərəvəzləri soba sinisinə düzün, üzərinə sousdan qalan yağı gəzdirin. Sobanın dəmir torunu sininin üzərinə qoyun. Marinə olunmuş ətləri dəmir torun üzərinə yerləşdirin və bıçaqla dəliklər açın. Açdığınız dəliklərə sousdan qalan sarımsaqları yerləşdirin. Əvvəlcədən 230 dərəcə qızdırılmış sobada ət bişənə qədər bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 237 202 193 225 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.