Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"iPhone" tələbələrə təhsildə mane olur

  • Müəllif  Asef

"iPhone" tələbələrə təhsildə mane olur

 

Rays Universitetinin psixoloqları tələbələrə eksperiment məqsədilə "iPhone" smartfonu paylayıblar.

Lent.az-ın "Macdigger"ə istinadən xəbərinə görə, mütəxəssislər tədqiqat iştirakçılarının qurğulardan informasiya axtarışı, elektron dərsliklərin oxunması və təhsillə əlaqədar videolara baxılması üçün istifadə edəcəklərinə ümid ediblər. Tələbələr də eksperimentin əvvəlində buna əmin olsalar da, əslində hər şey bunun əksini göstərib.  
 
Alimlər eksperimentdən əvvəl və sonra tələbələrə bir sıra suallar veriblər və hər cavab balla qiymətləndirilib. Tələbələrdən eksperimentin əvvəlində smartfonların daha yaxşı oxumağa kömək etməsi ilə bağlı sual verildikdə, orta bal 3,71 təşkil edib. Bir il sonra göstərici 1,54 baladək aşağı düşüb. Bu isə o deməkdir ki, tələbələr fikirlərini dəyişib.
 
"iPhone"nun dərsdən yayındırması ilə bağlı suala iştirakçıların verdiyi cavabın orta balı əvvəlcə 1,91-ə bərabər olub. Eksperimentin sonuna nəticə 4,03 baladək artıb. Smartfonların ev tapşırıqlarını yerinə yetirməkdə və testlərə hazırlıqda kömək etməsi ilə bağlı suala verilə cavablar əvvəlcə müsbət olsa da, eksperimentin sonuna mənfi olub. Tədqiqatdan məlum olub ki, könüllülər "iPhone"dan təhsil üçün deyil, əyləncə üçün istifadə ediblər.
 
Qeyd edək ki, Stenford Universitetinin alimləri tərəfindən keçirilən eksperimentdən başqa nəticələr əldə olunub. Tədqiqat nəticələrinə görə, "iPhone"dan istifadə edən tələbələrin 70 faizi mütəşəkkil olub, 54 faizi daha yaxşı oxumağa başlayıb.  
 
"iPhone"dan zəngli saat kimi respondentlərin 89 faizi istifadə edir, vaxtı 85 faiz öyrənir, yatağa girəndə yanına 75 faiz qoyur, 69 faizi evdə mobil qurğunu yox, pul kisəsini unudur. Tələbələrin 41 faizi "iPhone"nun itirilməsini böyük itki hesab edir, 15 faiz mütəmadi müxtəlif mediakontent yükləməsini etiraf edib, 3 faiz isə smartfona ad verib.



Oxşar mövzular:
  • Yuxudan ayılan kimi ilk əvvəl o...
  • Tanış olun: iPhone 6S və iPhone 6S Plus - FOTO
  • Amerikalılar smartfonu bahalı sayırlar...
  • Apple-ə maraq yüksəkdir
  • Məmurlara "iPhone"dan istifadə qadağan edilib


  • Gerİ dön


    3 şərh

    • Suqra
    • 14 iyul 2015 21:04
    •  

    • indiki devirde fikir tehsilden cox sevgiye ve yaxud bow bow iwlere yonelib

      indiki devirde fikir tehsilden cox sevgiye ve yaxud bow bow iwlere yonelib


    • Suqra
    • Xəbərlər: 0
    • Şərhlər: 20
    • İCQ:

    • simral
    • 14 iyul 2015 20:15
    •  

    • oxuyan varki indi


    • simral
    • Xəbərlər: 5
    • Şərhlər: 37
    • İCQ:


    • Düzdü.Təşəkkürlər xəbər üçün

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III