Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Elektron siqaretlər siqaret tərgitməyə kömək edirmi?

  • Müəllif  Asef

Elektron siqaretlər siqaret tərgitməyə kömək edirmi?

 

Dünyada adi siqareti tərgitmək üçün elektron siqaret alternativ kimi təqdim olunur. E-siqaretdən istifadə edənlər düşünürlər ki, bu vasitə ilə onlar bu ziyanlı vərdişdən çəkinə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtara bilərlər.

"Report" e-siqaretlərin insan orqanizminə necə təsir etdiyini, siqaret vərdişinin tərgitməsinə nə dərəcədə kömək göstərdiyini, həmçinin satışının necə tənzimlənməli olduğunu müəyyənləşdirmək üçün ekspertlərə müraciət edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Report"a bildirib ki, elektron siqaretlər Birliyin və istehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatlarının diqqət mərkəzindədir: "Elektron siqaret birmənalı şəkildə tütün asılılığını ləğv etmir. Elektron siqareti təbliğ edənlər səhv təbliğat aparırlar və istehlakçıları aldadırlar. Siqaret istifadəçiləri özlərini guya nikotindən azad edirlər, amma ağciyər xəstəliklərinə məhkum olurlar. Elektron siqaretin satışının son illər artmasının səbəbi bazardakı boşluqdan irəli gəlir".

Ekspert, həmçinin bildirib ki, elektron siqaret elektron mal deyil ki, dövlət nəzarətinə keçirilsin, ekspertiza olunsun, nə də tütün məhsulu deyil ki, yoxlamalardan keçirilsin: "Bu, qida əlavələrinə bənzəyir. Yəni dərman deyil ki, ona Səhiyyə Nazirliyi nəzarət etsin, nə də qida deyil ki, digər qurumlar nəzarət etsin. Dünyada belə mallar qanunlardakı boşluqdan istifadə edib irəliləyirlər. Elektron siqareti kəşf edənlər də qanunlardakı boşluqlardan, siqaretə qarşı aparılan böyük dünya kampaniyalarından istifadə edib bu siqareti tərtib ediblər. Çox təəssüflər olsun ki, bu Azərbaycanda da var. Azad İstehlakçılar Birliyinin beynəlxalq araşdırmaları, olunan müraciətlər birmənalı şəkildə sübut edir ki, elektron siqaret insanları siqaretdən azad etmir. Orada yaranan buxar insan orqanizmi üçün son dərəcə təhlükəlidir".

E.Hüseynov bildirib ki, araşdırmalara görə, elektron siqaretdə yaranan buxar insanların ciyərində ciddi xəstəliklərə, o cümlədən ağ ciyər xəstəliyinə səbəb ola bilər: "Bunun, demək olar, digər siqaret ilə heç bir fərqi yoxdur. Mənim düşüncəmə görə, bunun satışı cinayətdir. Bunun qarşısı mütləq alınmalıdır. Təəssüflər olsun ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları öz qüvvələrini buna qarşı birləşdirə bilməyib".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, insanların zərərli və yabançı vərdişlərdən çəkindirmək üçün çoxsaylı üsullar düşünülüb: "Yəni bu barədə həm elmi cəhətdən əsaslanmış, həm də xalq təbabətinin nailiyyətlərini nəzərə alınmaqla ciddi şəkildə işlər gedir. Bu əslində yaranmış reflekslərin aradan qaldırılmasıdır. Bəzən bu reflekslər bədəndəki elə biokimyəvi reaksiyalara əsaslanır ki, onlar sanki asılılıq yaradırlar. Siqaret çəkmə də bu asılılıq vərdişlərindən biridir. Siqareti tərgitmək xeyli çətin görünür, yəni bizim müşahidələrimiz göstərir ki, insanların siqaret tərgitmək qarşısında sanki iradələri zəifdir. Buna görə də bütün dünyada siqaret çəkmə ilə bağlı müxtəlif preparatlar, üsullar hazırlanıb. Hələlik onların içində birmənalı problemi həll edən üsul yoxdur. Onlardan biri də elektron siqaretlərdir. Elektron siqaretlər siqaret çəkmənin imitasiyasıdır. Yəni insan bu vərdişi, refleksi sanki davam edir, yəni siqaret çəkmədən və siqaret tüstüsündən olan o asılılıqdan yavaş-yavaş azad olmağa başlayır".

A.Qeybulla bildirib ki, Ümumdünya Səhiyyə təşkilatının tövsiyələrinə əsasən, elektron siqaret insan orqanizmi üçün zərərsizdir: "Yəni ciddi təhlükəsi yoxdur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər halda bunun tərkibinə diqqət etsək, bu barədə daha dəqiq söz deyə bilərik. Elektron siqaret siqareti xatırladan xüsusi elektron qabdır. İçərisində maye tökmək, buxarlanmaq üçün qab olur, həmin qab elektron qızdırıcıya damcı şəklində tökülür və oradan buxar şəklində xaric olur. Sanki tüstü effektini verir. Bədənə daxil olan yanmış buxarın içərisində müxtəlif komponentlər var: qliserin, propilen-qlikol, nikotin, disillə suyu. Şəxs həmin tüstünü ciyərinə çəkərkən nikotinin effektini hiss edir, sanki sakitləşir. Elektron siqaret buna əsaslanıb ki, getdikcə isifadə olunan mayedə nikotinin miqdarı azalmalıdır, tədricən nikotinsiz maye qəbul edilməli və nikotindən asılılıq aradan qaldırılmalıdır. Bundan istifadə edib siqareti atanlar da var, ata bilməyənlər də var. Mən hesab edirəm ki, nə qədər nikotin varsa, təbii ki, zərər o qədər də qalır".

O qeyd edib ki, hələlik elektron siqaretlər əldə olan nisbətən məntiqi görünən, elmi baxımdan əsaslandırılmış bir vasitədir və digər vasitələr ilə müqayisədə orqanizm üçün nisbətən ziyansızdır: "Elektron siqaretlərin mayeləri adətən müxtəlif standartlara hesablanır. Təəssüflər olsun ki, bu gün üçüncü ölkələrdən tərkibi xeyli şübhəli olan, keyfiyyət parametrləri aşağı olan siqaretlərin mayeləri gətirilir. Bunların insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu deməkdə biz çətinlik çəkirik".

Professor qeyd edib ki, istənilən halda insan iradəli olaraq siqaretdən uzaqlaşsa, daha yaxşı olardı.



Oxşar mövzular:
  • Baş həkimlərə xəbərdarlıq edildi....
  • Tüstünün zəhərlədiyi zərif vücudlar
  • Siqareti tərgitmək üçün 7 üsul
  • Smoking kills !!!
  • ABŞ vətəndaşları siqareti necə tərgitdi?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Breatheee...

    Breatheee...

    21-08-2017, 07:09

    5 Sade Sual Ve Cavablari

    5 Sade Sual Ve Cavablari

    21-08-2017, 07:08

    Aziz Kiraz - Efso Sozler

    Aziz Kiraz - Efso Sozler

    21-08-2017, 07:21