Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Avtomobillərin qiyməti yenə azalacaq

  • Müəllif  Asef

 

Avtomobillərin satışında qiymətlərin yenə aşağı düşəcəyi gözlənilir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.

2015-ci ilin birinci yarısında qiymətlərin 6 faizə qədər azaldığını deyən ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var: "Əsas səbəblərindən biri məhz avtomobil kreditləri ilə bağlı şərtlərin ağırlaşdırılması və maşınların satışında ilkin ödənişin artırılmasıdır. Hazırda yeni avtomobillərin kreditlə satışı ən azı 40 faizdir. 30 min manata avtomobil alan şəxs ən azı 12 min manat ilkin ödəniş etməlidir. Köhnə avtomobillər üçün ilikin ödəniş 60, hətta bəzi hallarda 80 faizdir. İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır. Bu da, öz növbəsində, təbii ki, bazarda tələbatın azalmasına və durğunluğa gətirib çıxarır".

2015-ci ilin sonuna qədər avtomobillərin satışının 8 faizə qədər azalacağını deyən V.Bayramlı buna "Avro 4" standartının tətbiqinin təsirini də istisna etmir.

Onun sözlərinə görə, köhnə və ucuz avtomobillərin Azərbaycana gətirilməsinin qadağan olunması bu sahəyə tələbatı azaldıb: "Həm "Avro 4", eyni zamanda "Avro 3", "Avro 2" və "Avro1" standartlı avtomobillərin qiymətlərində azalma var. Bu baxımdan 2015-ci ilin birinci yarısında avtomobil bazarında durğunluq olub, ikinci yarısında da tələbatın aşağı olacağı gözlənilir".



Oxşar mövzular:
  • Mənzil bazarında nə baş verir?
  • Hidrogen və hava ilə çalışan avtomobil
  • Azərbaycanda “07″-lər bahalaşdı
  • Bu gün ?avtoş’ maşınları yığışdırılır
  • Rusiya «VAZ-2107» avtomobillərinin istehsalını dayandırır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930