Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Telefonları təmirə verdilər, şirkət yoxa çıxdı - FOTO

  • Müəllif  Asef

 

Azərbaycan mobil telefon servisi şirkəti ilə müştərilər arasında problem yaranıb. Vətəndaşlarqafqazinfo-ya müraciət edərək bu barədə məlumat verib. 

Müştərilər müəyyən problemi olan telefonlarını aldıqları dükanda rəsmi formada təmir servis şirkəti kimi göstərilən "MTS" (Mobil Texniki Servis) şirkətinə təhvil veriblər.

Nizami küçəsi 147B ünvanında yerləşən filialda rəsmi nümayəndə olan Cabir Mirzəyev vətəndaşlara bildirib ki, 14 gündən sonra gəlib telefonu götürə bilərlər. 

Dünən həmin ünvana gedən şəxslər bu mənzərə ilə rastlaşıblar. Obyekt boşdur və icarəyə verilir, şirkət isə köçüb. 

Müştərilər qeyd ediblər ki, şirkətin "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən digər filialı da boşaldılıb və eynən, həmin obyekt də icarəyə verilir.

Onlara verilən ödənişin qəbzində göstərilən telefon nömrələrinə edilən zənglərə isə cavab verilmir: "Şirkətin telefon mərkəzi olan "1678" xidməti zənglərə cavab vermir". 

Qeyd edək ki, dünən Nizami 147B ünvanın qarşısına 100-ə yaxın müştəri toplaşıb.

Şirkətin yerləşdiyi, indi isə icarəyə verilən obyektin sahibi "Qafqazinfo"ya bildirib ki, şirkət avqustun 8-də həmin ünvandan köçüb. "MTS" bu ünvanda 2014-cü ilin noyabrın 25-də fəaliyyətə başlayıb.

Bu gün isə "Qafqazinfo"nun əməkdaşı həmin ünvanda olub. Məlum olub ki, dünən günortadan sonra şirkət müvəqqəti olaraq həmin obyektə qayıdıb.

Şirkətin işçisi bildirib ki, sistemdə texniki problem olduğu üçün müştərilərlə aralarında müəyyən problemlər yaranıb: "Sadəcə sistemdəki problemlərlə bizim bu ünvandan köçmək istəyimiz eyni vaxta düşdü. Buna görə də müştərilərdə panika yarandı. Bu obyekt bizim üçün çox böyükdür. Buna görə də "İçərişəhər" metrostansiyası yaxınlığında yeni ünvana köçəcəyik. Dəqiq ünvan və köçəcəyimiz gün bilinmir. Amma şirkət əvvəlki qaydada fəaliyyətini davam etdirəcək".

Ofisə telefonu üçün müraciət edən müştərilərdən biri "Qafqazinfo"ya bildirib ki, ödəniş qəbzi əlində olsa da, sistemdə təmir üçün verdiyi telefon tapılmır və telefonun harada olduğu məlum deyil.



Oxşar mövzular:
  • Şirkətlər Facebook-da niyə susur?
  • Xaricə üz tutan Azərbaycan vətəndaşlarına MÜRACİƏT
  • 1,1 milyon insan qarət olundu
  • Bezdirici reklam SMS-lərindən qurtulmağın - YOLU
  • Apple şirkəti müştərilərdən üzr istədi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III