reklam
Dünyanın Ən Nazik Və Tez Hazırlanan Pizzası Dünyanın Ən Nazik Və Tez Hazırlanan Pizzası https://take.az/uploads/posts/2022-08/medium/1659630607_dc3bcnyanc4b1n-c68fn-nazik-vc999-tez-hazc4b1rlanan-pizzasc4b1-768x432.jpg
n2006

n2006 Mətbəx 5-08-2022, 13:00

Dünyanın Ən Nazik Və Tez Hazırlanan Pizzası

Dünyanın Ən Nazik Və Tez Hazırlanan Pizzası
Heç bir başqa pizzada belə nazik xəmir yoxdur! Bu pizzanın əsası xəmir yox, lavaş təşkil edir. Bişdikdən sonra kənarları xırçıldayan, ancaq içi yumşaq və ləzzətli olur.LoaDinG.Az ən tez hazırlanan pizza reseptini təqdim edir.

Tərkibi:
2 ədəd lavaş (tava böyüklüyündə, dairəvi lavaş)
rəndələnmiş holland pendiri
tomat pastası
kolbasa
pomidor
Hazırlanma qaydası:
İlk öncə lavaşın birini tavaya qoyun. Üzərinə rəndələnmiş pendir səpin (bu lavaşların bir-birinə yapışması üçündür). Üzərinə ikinci lavaşı yerləşdirin. Lavaşın üzərinə tomat pastası yaxıb, yarım halqa doğranmış kolbasa dilimi düzün. Üzərinə halqa doğranmış pomidorları düzüb, rəndələnmiş pendiri səpib tavanın qapağını örtün. Orta ocaqda qapağı bağlı, təxminən 5 dəqiqə pendir əriyənədək bişirin. Üzərinə 1 çimdik xırda doğranmış keşniş, duz və istiot səpib süfrəyə verin.

Üzəri üçün zövqə görə başqa məhsullar düzüb bişirə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 208 202 201 174 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.