Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gözəl dəriyə sahib olan macar qadınlarının sirri

  • Müəllif  Asef

Gözəl dəriyə sahib olan macar qadınlarının sirri

 

Macar qadınları gözəl və sağlam dəriyə sahib olduqları üçün bütün dünyanı özlərinə heyran qoyurlar.

Take.Az publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində macar qadınlarının dəri gözəlliyinin sirri aşkarlanıb. Mütəxəssislərin sözlərinə görə, bu qadınlar gözəlliklərini likopenə borcludurlar.
 
Likopen dəriyə təbii qaralma effekti verir, onu möhkəmləndirir və parlaqlıq bəxş edir. Macarıstanın Balaton gölü yaxınlığında yaşayan qadınlar gözəl dəriyə sahib olmaq üçün likopenlə ən zəngin qida hesab edilən pomidordan istifadə edirlər. Macar qadınlar bişmiş pomidoru üzlərinə çəkərək günəşin zərərli şüalarından qorunduqlarını və gecələr də evdə hazırladıqları pomidorlu kremlərdən istifadə etdiklərini bildiriblər. Pomidor dəridəki qırışları açır, yeni qırışların meydana gəlməsinin qarşısını alır. Deyilənə görə, əfsanəvi aktrisa Sofi Loren də gözəlliyini likopenə borclu olub. Belə ki, o, daim pomidor və zeytun yağından hazırladığı maskadan istifadə edib.
 
Siz də likopenin möcüzəvi təsirlərini görmək istəyirsinizsə, aşağıdakı maskanı sınaqdan keçirə bilərsiniz:
 
1 ədəd pomidoru yuyub qabıqlarını soyun. Bu zaman unutmayın ki, likopen ən çox pomidorun qabığının altında yerləşir. Odur ki, qabığın asan soyulması və likopenin qabıqla birlikdə atılmaması üçün pomidorun üzərinə qaynar su tökün. 2 dəqiqə qaynar suda saxladıqdan sonra qabıq asanlıqla soyulacaq. Daha sonra pomidoru rəndələyib suyunu süzüb atın. Pomidorun üzərinə bir az un (adi un əvəzinə qarabaşaq unu və ya qarğıdalı unu da istifadə etmək olar) əlavə  edib məcun halına gətirin. Əgər quru dəri tipinə sahibsinizsə, maskanın tərkibinə bir az zeytun yağı da əlavə edə bilərsiniz. Maskanı üzünüzə çəkib 5 dəqiqə gözləyin. Sonra ilıq su ilə təmizləyin.



Oxşar mövzular:
  • Deriye qulluq
  • Məşhurlar dəri gözəlliyini nəyə borcludur?
  • Ən məşhur 5 gözəllik sirri...
  • Faydalı meyvə və tərəvəzlər
  • Pomidoru nə üçün yeyirik?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III