Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qadın gözəlliyinin ən qorxulu düşməni

  • Müəllif  Asef

Qadın gözəlliyinin ən qorxulu düşməni

 

Qadınları narahat edən estetik problemlərdən biri də dodaq ətrafında mötərizə şəklində yaranmış qırışlardır. Publika.az dodaq ətrafında qırışların yaranma səbəbləri barədə türkiyəli cərrah Bülent Cihantimurun fikrini təqdim edir:

"Dodaqətrafı qırışlar ən çox 35 yaşdan sonra meydana gəlir. Siqaret çəkənlərdə bu problem özünü daha erkən yaşlarda göstərməyə başlayır. Çünki siqaret çəkəndə dodaqlar büzüşür, onun tərkibindəki zəhərli maddələr toxumaları zədələyir, dodaqda kollagen istehsalı zəifləyir, elastiklik azalır və nəticədə dərin qırışlar düşür".
 
Siqareti tərgidin və dodaqları nəmləndirin
 
Estetik cərrah bildirib ki, siqaret qadın gözəlliyinin ən böyük düşmənidir. Dodaq ətrafında yaranmış qırışları aradan qaldırmağın bir çox yolu var. Qırışlardan uzun müddətlik xilas olmaq istəyənlər ən çox botoks etdirir.
 
Bundan başqa, dodaq ətrafına gialuron turşusu yeridilir. Gialuron dərini yaxşı nəmləndirən və hüceyrələrin uzun müddət nəmli qalmasına kömək edən maddədir. Bu maddə dəri altına yeridildikdə öz faydalı xüsusiyyətlərini maksimum dərəcədə dəriyə ötürür. Bu maddə hüceyrələrin regenerasiyasını stimullaşdırır, qırışları hamarlamağa və azaltmağa, üz ovalının tonusunu artırmağa, qocalma prosesini ləngitməyə kömək edir. Onun tərkibində olan təbii yağlar və cövhərlər dərini lazımi mikroelementlərlə qidalandırıb doydurur.
 
Xəstənin öz yağından hazırlanan kök hüceyrə transferi isə son illərdə kəşf olunmuş ən sağlam üsuldur.
 
Estetik cərrah xanımlara küçəyə çıxmazdan əvvəl dodaq ətrafına mütləq nəmləndirici krem, dodaqlara isə balzam çəkməyi tövsiyə edib.



Oxşar mövzular:
  • Boyun dərisinin bir nömrəli düşməni
  • Dərinin qocalma prosesini ləngidən faydalı tərəvəz hansıdır?
  • Diqqətli olun xanımlar
  • Çatlayan dodaqlar üçün məsləhətlər
  • Üz dərisində qırışları artıran 10 səhv


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III