Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatır

  • Müəllif  Asef

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatır

 

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sənəd qəbulu bu gün başa çatır.

Bununla əlaqədar bu gün saat 18:00-dan etibarən Səudiyyə Ərəbistanı səfirliyi tərəfindən viza verilişi dayandırılır.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan üçün ayrılan zəvvar yerlərindən cəmi 2 VİP yer boş qalıb ki, onu da artıq sifariş ediblər və kvota dolacaq.

Ümumilikdə bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb.

Qeyd edək ki, bu həftədən - sentyabrın 11-dən Azərbaycanda Həcc ziyarəti başlayır. Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı yerlərin dolmaması səbəbindən indiyə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu). Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və  4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır.

Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.



Oxşar mövzular:
  • Həccə gedənlərə MÜRACİƏT
  • Həccə getmək istəyənlərə xəbər var
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümrə ziyarətində oldular, ...
  • Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ
  • Həccə gedənlərin nəzərinə


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930