Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Hamiləlik zamanı qrip

  • Müəllif  Asef

Hamiləlik zamanı qrip

 

Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Bu, fizioloji prosesdir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərə tutulurlar.

Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri də qripdir. Qrip - kәskin respirator virus infeksiyalarına aid olub, hava-damcı yolu ilә yayılır. Qrip virusu yuxarı tәnәffǜs yollarının qoruyucu qişasını zәdәlәyәrәk toksin ifraz edir vә qanla bütün orqanizmә yayılır. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə, qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, bakterial infeksiyaların inkişafı, dölün bətndaxili ölümü, döldə müxtəlif patologiyaların inkişafı, ciftin formalaşması və funksiyasının pozulması və s. Nəticədə dölün qidalanması və qan təchizatı pozulur. Qrip yüksək hərarət (40-40,5º C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu, intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünü çox zəif, yorğun hiss edir.

Qrip hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qrip infeksiyası hamiləliyə mənfi təsir etdikdə hamiləlik bir çox hallarda özü-özündən pozulur.

Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan preparatlar istifadə olunur. Bu zaman daha çox üstünlük bitki mənşəli təbii vasitələrə verilməlidir.

Mentosil qrip və zökəm viruslarından müdafiə üçün bitki mənşəli geldir. Mentosilin tərkibinə iynəyarpaqlıların efir yağı və silbiol daxildir. Mentosil antimikrob effektə malikdir. Burun boşluğunda virusların çoxalmasının qarşısını alır. Burunun selikli qişasında damarları daraldaraq şişkinliyi azaldır və nəfəsi rahatlaşdırır. Mentosil yerli iltihabı (qızartı, ödem) götürür. Antiseptik təsir edir. İstifadəsi rahatdır. Siz Mentosil geli qrip və zökəmin profilaktikası və müalicəsi zamanı istifadə edə bilərsiniz.

İstifadə qaydası: Burun boşluğuna nazik ucluğu vasitəsilə az miqdarda yeritməli. Mentosil geli profilaktik məqsədlə hər 4 saatdan bir, müalicə məqsədilə hər saat tətbiq etmək lazımdır.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.



Oxşar mövzular:
  • Ölüm virusu: ani diqqətsizlik və illərlə sürən cəhənnəm əzabı - ARAŞDIRMA
  • Ən geniş yayılmış xroniki virus: herpes nədir?
  • 40 yaşdan sonra hamilə qalsanız...
  • Hamiləlik zamanı dəri problemləri
  • QRİPDƏN QORUNMANIN YOLLARI


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930