Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Allah hansı 4 şeyi hansı 4 şeydə gizlədib?

  • Müəllif  Xediw

 

Qəzəb sözü Quranda 19 dəfə işlənmişdir. Bəs İlahi qəzəb dedikdə nə nəzərdə tutulur?

Ömər adlı bir nəfər İmam Baqirin (ə) yanına gəlir və deyir: "Qurban olum, Allah deyir ki: "Mənim qəzəbim kimə nazil olubsa, o ,mütləq həlakət burulğanına düşmüşdür". ("Taha" 81). Qəzəb dedikdə məqsəd nədir?". İmam (ə) buyurur: Ey Ömər! Allahın qəzəbi Onun cəzasıdır. Hər kim qəbul etsə ki, Allah bir halda başqa hala düşür onu məxluq sifəti ilə vəsf etmiş olar. Heç bir şey Allahı təhrik etməz ki, dəyişsin". (Tebyan)

Bəzi günahlar vardır ki, İlahi qəzəbə səbəb olar. Əgər günahkar insan tövbə etməzsə, günahının ölçüsünə görə Allahın qəzəbinə tuş gələr. Əgər insan İlahi qəzəbə düçar olmaq istəmirsə, gərək itaətsizlik etməsin. Həyatda başımıza gələnlərin bir çoxu günahlarımıza görədir. Hətta yerə yıxılsaq və əlimiz zədələnsə belə, deməli günah işlətmişik.

Hədislərdə oxuyuruq ki, bəzən Allah bir millətə qəzəblənir və onlara əzab nazil edir. Həzrət Nuhun (ə) qəbiləsi kimi. Bəzən də qəzəblənir, ancaq əzab vermir. Lakin əlamətlərini hiss etmək olur. Onun əlamətlərindən biri ömrün qısaldılması, bahalaşma, ticarətdə mənfəət götürməmək, yağışın yağmaması, zalım məmurların olmasıdır.

Bəzən insan günahlarını kiçik hesab edir, ancaq bilmir ki, həyatına təsir qoyar. Əmirəl-möminin (ə) buyurur: "Allah 4 şeyi 4 şeydə gizlətmişdir: Allahı rizasını itaətdə qərar vermişdir, ona görə də heç bir ibadətini kiçik hesab etmə. Qəzəbini günahda gizlətmişdir, ona görə də heç bir günahı kiçik hesab etmə. Ola bilsin ki, yerinə yetirdiyin həmin günah o günah olsun ki, bağışlanmasın. Allah həyata keçirtməyi duada gizlətmişdir, ona görə də heç bir duanı kiçik hesab etmə. Allah öz vəli və dostunu Öz bəndələri arasında gizlətmişdir, zahir və qiyafə ilə onu tanımaq olmaz".

Ona görə də əgər İlahi qəzəbdən uzaq olmaq istəyirsinizsə gərək kiçik günahı belə kiçik hesab etməyəsiniz.

Allahın qəzəbinə kimlər səbəb olar?

1. O kəslər ki, tövhidlə bağlı höcətləşərlər. "Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra, Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır".("Şura" 16).

2. Allahın nişanələrinə küfr edərlər. "Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər". ("Bəqərə" 61).

3. O kəs ki, müsəlmanı bilərəkdən öldürər. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər". ("Nisa" 93).

4. Nemətə küfr edənlər. "Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır". ("Taha" 81).

5. O kəs ki, döyüş meydanında düşmənə arxa çevirir. "Onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur". ("Ənfal" 16).

6. O kəslər ki, imandan sonra kafir olurlar. "Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır". ("Nəhl" 106).

7. O kəslər ki, Allaha sui-zənn edər. "Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!". ("Fəth" 6).

8. İlahi peyğəmbərləri (ə) öldürənlər. "Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər". ("Bəqərə" 61).

9. Əhli-kitabdan küfr edənlər. "Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır".("Bəqərə" 90).

10. Münafiq kişi və qadınlar. "Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb". ("Fəth" 6).

11. Müşrik kişi və qadınlar. ("Fəth" 6).

Beləliklə deyə bilərik ki, əgər itaətsizlikdən əl çəksək, İlahi qəzəbə düçar olmarıq.


Oxşar mövzular:
  • Qeyri-müsəlmanlara görə də xeyir duası etmək olar
  • İslam tək haqq dindir
  • Bu Gun "Rəcəb" ayi DaxiL olur..
  • ''Allaha'' Şükr etmək
  • Allah Təala nə zaman qəzəblənər?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III