Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qurani-Kərimdə Həzrət Yusif və Züleyxa dastanı

  • Müəllif  Asef

 

Deyerler.org: İnsanın iki tərəfi vardır: yaxşılıqlara olan meyli, pisliklərə olan meyli. Kamal və yaxşılıqlara meyl hər bir pak fitrətdə mövcuddur. (Tebyan)

Take.Az deyerler.org-a istinadən bildirir ki,  ayətullah Məzahiri əxlaq dərsində bizlərə elə bir örnəyi təsvir edir ki, onun köməyi ilə meyllərimizi əzib, şeytanın yollarını bağlaya bilərik.
Alim buyurur ki, insanın özünütərbiyəsi üçün ən uğurlu müqayisə - Züleyxa ilə Yusifi müqayisə etməkdir.
 
Züleyxa elə bir qadın idi ki, hər hansı bir qadının bütün istədikləri onda var idi. Cavanlığı, gözəlliyi, mal və sərvəti, məqamı. Bir şeyi yox idi ki, bu da insan olmaması idi. Züleyxa öz əli ilə özünü elə alçaltdı ki, əgər bütün dünya yığılsa və kimisə zəlil etmək istəsə idi, bu qədər zəlil edə bilməzdi.
Ancaq Yusifin (ə) bir kişiyə lazım olan hər şeyi yox idi. Hətta özü belə, özünə sahib deyildi. Paxıl qardaşları onu satdılar, onu öldürmək istədilər.
 
Yusifin (ə) malı və vəzifəsi yox idi. Hətta özü belə, Züleyxanın malı idi. Ancaq bir şeyi var idi ki, bu da insan olmağı və iffəti idi. Yusifin (ə) insan olması onu elə bir yerə çatdırdı ki, əgər dünya cəm olsa və kimisə bu qədər əziz etmək istəsə idi, Yusif (ə) qədər bacarmazdı. Ona görə də əgər cavanlar həyatda bir yerə çatmaq istəyirlərsə, gərək Yusif (ə) kimi rəftar etsinlər.

Əllamə Təbatəbai "Əl-Mizan" kitabında buyurur: "Yusifin (ə) günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri, başqa biri üçün olsaydı, günah etməməsi uzaq olardı. Lakin bu 24 zəminəyə baxmayaraq, Yusif (ə) qaçır. O iffətsiz qadın da onun ardınca düşür. Ancaq Yusif (ə) elə bir məqama çatır ki, səltənətdə söz sahibi olur, atasını öz yerində əyləşdirir və sonra da qardaşları bir yerdə ona səcdə edirlər.
Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: "Atacan! Bu, sənin yuxunun yozumudur".
Cavanlar gərək rəzil sifətlərin qarşısında Yusif (ə) kimi dayansınlar və müqavimət göstərsinlər. Qurani-Kərim qardaşlarının paxıllığını misal çəkir, təkəbbürü, israfı, qadınların təmtəraq sevməsini misal çəkir. Bütün rəzil sifətlər belədirlər. O ki, deyirlər ki, bir saat təfəkkür etmək birillik ibadətdən üstündür - ona görədir ki, təfəkkür etmək çətin bir işdir.
Müqəddəs Quran insan tərbiyə etmək üçün ən yaxşı vasitədir. Əgər onu həyatımızın sərlövhəsi qərar versək, bizim bir çox yanlış meyllərimiz düzələr. Ona görə də deyə bilərik ki, Həzrət Yusifin (ə) dastanı rəzil sifətlərlə mübarizə aparmaq üçün ən yaxşı dastandır.
Allah Təala Quranda buyurur: "Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!". ("Şəms" 7-10).



Oxşar mövzular:
  • Qadında bəyənilən üç əxlaqi xüsusiyyət
  • Körpənin Hekayəsi
  • Yaxşılıq etməyin dəyəri
  • Hədislərdən bir neçəsi
  • Daha repçi adlanmaq istəməyən Miri Yusifin yeni üslubda ilk konserti - FOTO ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III