Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Şeytani şəkləri tanıyaq

  • Müəllif  Asef

Şeytani şəkləri tanıyaq

 

Din - Allahın ən böyük nemətlərindəndir və sahibi üçün səadətli aqibəti hazır edər. Bizim vəzifəmiz - bu İlahi neməti qorumaq və ona əməl etməkdir.
İnsan bilməlidir ki, dini qorumağın yollarından biri tövhidə olan etiqadını qorumaq və şəkkə düşməməkdir. 
Take.Az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) Ramazan ayını qarşılayan zaman belə dua edərdi: "Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, bizi tövhiddə süst olmaqdan saxla". Ona görə də din nemətini qorumaq üçün biz gərək Allah Təaladan istəyək ki, bizə bu yolda yardım etsin.
Dinimizin aradan getməsinə səbəb olan amillərdən biri də şəkdir. Şəkkin növləri vardır. Əgər insan tədqiq mövzularında şəkk edərsə, bu çox gözəl olar - çünki, nəticədə insanın dini etiqadının möhkəmlənməsinə gətirib çıxardacaqdır. Ancaq insan əqli mövzulardan qeyrisində şəkk edərsə, din və dünyasını məhv edər. Bəzi şəklər ilk əvvəl insana məntiqli görünür və sahibi özünü bu şəklərə vadar edər. Bu şəklərə çox qapıldığı üçün, dinini təhlükəyə salar.
Elə ona görə də İmam Səccad (ə) Allah Təalaya belə buyurur: "Allahım! Bizi Səni böyük hesab etməkdə səhlənkarlıq etməkdən və dində şəkk etməkdən, yolda kor olmaqdan, qovulmuş şeytana aldanmaqdan saxla".
İnsanı Allahdan uzaqlaşdıran şəkk - şeytanın tələləridir. İnsanı qəflətə salar və kor edər. Əmirəl-möminin (ə) buyurur: "Hər kim özünü şəkkində buraxsa və onda dayanarsa, malik olduğu hər şeyi əldən verər".
İnsan Allaha təvəkkül edərək və Əhli-beytə (ə) təvəssül edərək şəklərindən xilas ola bilər.
İnsan əqli məsələlərdə şəkk etməkdən qorxmamalıdır, çünki yəqinin başlanğıcıdır. Əmirəl-möminin (ə) dostlarından olan Cündəb dində şəkkə düşür, ancaq Allaha təvəkkül edərək və İmam Əli (ə) vilayətinin sayəsində şəkkindən xilas olub, yəqinə çata bilir.
Dinimizi qorumağın ən yaxşı yolu - aqibətimiz üçün dua etməkdir. Hər birimiz dualarımızda xeyirli aqibət olmağımızı istəməliyik. Bu yolla din möminlərin qəlbində əbədi qalacaqdır.
Beləliklə, deyə bilərik ki, din - böyük İlahi nemətdir ki, hər birimiz onu qorumalı və ona əməl etməliyik. Əgər bu yolda şəkkə düşsək, Allaha təvəkkül edib Ondan yardım istəməliyik.


Oxşar mövzular:
  • Allah hansı 4 şeyi hansı 4 şeydə gizlədib?
  • Dine aid
  • İslam tək haqq dindir
  • ''Allaha'' Şükr etmək
  • Hədislərdən bir neçəsi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III