Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Müsibət zamanı insan özünü necə aparmalıdır?

  • Müəllif  Asef

Müsibət zamanı insan özünü necə aparmalıdır?

 

Səbirsizlik müsibətin əcrini aradan aparar. Hətta hədislər buyurur ki, əgər müsibət görən insan əlini dizinə vursa və ya sağ əlini sol əlinin üstündə kilidləsə, müsibətin əcrindən məhrum olar. 
Take.Az deyerler.org-a istinadən bildirir ki, əmirəl-möminin (ə) Əşəs ibni Qeysə övladının ölümü ilə bağlı belə buyurur: "Ey Əşəs! Əgər oğlun üçün qəmginsənsə, ata olduğun üçün bu qəm sənin üçün layiqlidir. Amma əgər səbirli olsan, hər müsibətə görə Allah yanında mükafat vardır. Ey Əşəs! Əgər səbir etsən, sənə aid olar və sənin mükafatın olar. Əgər səbirsizlik və taqətsizlik etsən, təqdiratın öz yolu ilə gedəcəkdir və sənin üçün günah olacaqdır".
Müsibətlər - mükafatın açarlarıdır. Heç indiyə qədər yaxınlarından birini əldən vermisən? Bu hadisə nə qədər də acıdır! Axıradək inanırsan ki, sənə yalan deyiblər, ancaq bir müddət keçdikdən sonra yəqinə çatırsan. Arzu edirsən ki, kaş bunlar yuxu olaydı. Hər şeyi verməyə hazır olursan ki, onu qaytara biləsən. Gərək həqiqətlə barışsan.
O kəsə ki, müsibət çatar, Allah Təala tərəfindən olan mükafatı - behiştdir. Allah möminin pisliyini istəməz. Əgər əzizlərinizi əldən vermisinizsə, ayrılığınız müvəqqətidir. Əbədi dünyada yenə də birlikdə olacaqsınız. Sizin dünyadakı narahatlığınızın mükafatı - əbədi dünyadadır. Bu mükafat o qədər böyükdür ki, əgər mömin bilsyədi, arzu edərdi ki, onu qayçı ilə doğrasınlar.
"Behiştdə elə bir ağac vardır ki, həmin ağaca sevgi deyərlər. O, Qiyamət günü bəla və müsibət əhlinə veriləcəkdir. Onların əməlini tədqiq edən heç bir məhkəmə və tərəzi olmayacaqdır. Yağış kimi onlara savab və mükafat yağacaqdır".
"Allah sabirlərə hesab vermədən mükafat verər".
"Hər kim müsibətə səbir edər və onu ən yaxşı şəkildə rahatlıqla arxada qoyarsa, Allah ona 300 dərəcə yazar. Hər dərəcə arasında yerlə göy qədər fasilə olar".
Əziz Peyğəmbərimiz (s) səhabələrindən birinin əlindən tutur və oğlu İbrahimin yanına aparır. İbrahim can verirdi. Həzrət (s) onu qucağına alıb buyurdu: "Ey əziz oğlum! Mən bu halda sənin malikin deyiləm. Mənim əlimdən sənin üçün heç nə gəlmir". Həzrətin mübarək gözlərindən göz yaşları axmağa başladı. Həmin səhabə dedi: "Ya Rəsullah! Siz ağlayırsınız? Məgər siz özünüz müsibətdə ağlamağı qadağan etməmisiniz?". Həzrət Rəsulallah (s) buyurur: "Mən iki növ: çirkin səs-küy və naləni qadağan etmişəm. 1. Şeytani müsiqini. 2. Müsibət zamanı çıxarılan səs ki, üzü çırmaq və şeytani etirazlarla dolu olar. Ancaq mənim İbrahim üçün ağlamağım rəhmani ağlamaqdır. "Hər kimin rəhmi yoxdur, mərhəməti olmaz".
Sonra Həzrət (s) oğluna xitab edərək buyurur: "Məgər bu cür deyildirmi ki, ölüm haqdır. Allahın vədəsi haqdır və ölüm Allaha tərəf olan yoldur. Bizlərin axırıncısı əvvəlincimizə qovuşar. Ey İbrahim! Sənin ölümün bizim üçün şiddətli qəm olur. Ancaq elə yol var ki, gərək hamımız onu gedək, sənin ayrılığın dözüləsidir. Biz sənin ölümündən qəmginik".
İmam Əli (ə) Həzrət Peyğəmbəri (s) dəfn etmək istəyəndə qəbrin kənarında buyurdu: "Səbir gözəldir, ancaq sənin (ölümünlə) bağlı deyil. Taqətsizlik çirkindir, ancaq səndən ayrılanda yox. Sənin ölümünün müsibəti çox böyük və ağırdır. Səndən əvvəl və sonra olan müsibətlər bunun yanında kiçikdir".
Ona görə də Peyğəmbər (s) ailəsinə baş verən müsibətə ağlamaq - onun özünə ağlamaq kimidir. Bu insanların müsibətində qəmlənmək və ağlamaq - bəyənilən əməllərdəndir.


Oxşar mövzular:
  • Allah hansı 4 şeyi hansı 4 şeydə gizlədib?
  • Dini sözlər 6
  • Dini sözlər
  • Dine aid
  • ''Allaha'' Şükr etmək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III