Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yalan danışmağa adət etməyək

  • Müəllif  Asef

Yalan danışmağa adət etməyək

 

Deyirlər ki, meyvə və tərəvəz yemək sağlamlıq üçün faydalıdır. Gərək deyək ki, dili kontrol etmək və yalandan çəkinmək - bədən sağlamlığına təsir edən başqa amildir.

Take.Az deyerler.org-a istinadən bildirir ki, yalan danışan insan ya öz zəif tərəflərini gizlətmək istəyər, ya bu yolla qarşı tərəfi yolundan azdırar, ya tənbehdən xilas olar, ya da başqalarının diqqətini cəlb etmək istəyər.
Bəzən insan məsuliyyət hissindən qorxduğu üçün yalan danışar. Qorxar ki, adət etdiyi mühiti əldən verər və ona görə də yalana üz tutar. Bəzən də insan təhlükə hiss edəndə və ya həqarətə məruz qalanda, yalan danışar.
Bəzən insan 4-5 yaşından başlayaraq, yalan danışmağa adət edər. Ola bilsin ki, valideyn onu hiss etməsin və bu zaman bu rəzil sifət mələkəyə çevrilər.
Yalanın amillərini tanıyaq:
1. Həqarətdən qorxmaq. O kəslər ki, özlərində həqarət hiss edərlər, bu çatışmamazlığı aradan qaldırmaq üçün yalan danışarlar.
 
2. Adət etdiyi üçün. İnsanların bəzisi yersiz danışmağa, riya etməyə adət etdikləri kimi, yalan danışmağa da adət edərlər. Get-gedə yalan adət halını alar və qarşısını almaq mümkünsüz olar.
 
3. Tərslik üzündən. Bəzən insan, yaxınları ilə tərslik edib yalan danışar.
 
4. Qorxu. Bəzi insanlar qorxu üzündən yalan danışarlar.
 
5. Özünə etimadın olmamasına görə. Bəziləri özlərinə etimad etmədiklərinə görə yalana pənah apararlar.
 
6. Vədinə əməl etməyəndə. İnsanın verdiyi sözə əməl etməməsi yalan üçün zəminə hazır edər.
Psixoloqlar deyir ki, insan yalan danışan zaman bədənin bir çox hissələrində ona əks reaksiya verilər. Əllər titrəyər, rəngi dəyişər, diqqəti dağılar, qanda adrenalin artar, stressi artar, insan özünü dəyərsiz hesab edər. O zaman ki, yalan beyinə daxil olar, milyonlarla əsəb telləri yalan təfəkkürü ilə həmahəng olar.



Oxşar mövzular:
  • Sevgi? Yoxsa yalan?
  • Uşaqlar niyə yalan danışır?
  • Yalan....
  • Yaxşı yalançıların xüsusiyyətləri
  • Qadınlar niyə yalan danışır?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III