reklam
Qarabağ-la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı Qarabağ-la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı https://take.az/uploads/posts/2022-10/medium/1665320347_6342943a0e062.jpg
amon

amon İdman 9-10-2022, 16:59

Qarabağ-la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı

Qarabağ-la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı
Yunanıstanda Qarabağ-a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan yerli azarkeşləri təhqir edən Olympiacos-un futbolçusu Pape Abu Sisse cəzalanıb.

Far.az xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.

27 yaşlı futbolçu etdiyi hərəkətə görə şəxsi instaqram səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.

Qarabağ və Olympiacos arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
164 145 156 193 176 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.