Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Beli incəldən pəhriz

  • Müəllif  Asef

 

Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisi Mərvə Tığlı Çinar belini incəltmək istəyən xanımlar üçün xüsusi pəhriz resepti hazırlayıb.

Publika.az mütəxəssisin pəhriz reseptini təqdim edir:
 
Bu pəhriz sayəsində gündəlik 1500 kalori qəbul edərək arzuladığınız incə belə sahib ola bilərsiniz.
 
Səhər yeməyi (336 kalori)
5 xörək qaşığı yulaf + 1 stəkan yağsız süd (içinə əzilmiş badam əlavə edin) + 1 çay qaşığı toz halında mixək + 2 çay qaşığı bal + 2 xörək qaşığı qurudulmuş qarağat və ya qara üzüm
 
Saat 11:00 və ya 12:00 (182 kalori)
1 ədəd dilim-dilim kəsilmiş sarı bibər
6 dilim yerkökü və 6 dilim turp
1 kərəviz sapı (xırda doğranmış)
 
Sous üçün: 5 yemək qaşığı lobya (konserv ola bilər) + 1 ədəd orta boy pomidor + 1 çay qaşığı nazik doğranmış qırmızı soğan + 1 çay qaşığı zirə.
 
Qarışığı blender ilə əzin və tərəvəzləri bu ecazkar sousla birlikdə yeyin.
 
Günorta (367 kalori)
Əsas yemək:
1 dilim tam taxıllı çörək
100 qram hinduşka və ya toyuq sinəsi
1 kasa ispanaq
yarım kasa pomidor
1 xörək qaşığı rəndələnmiş motsarella pendiri
 
Qeyd: Çörəyin üzərinə ərzaqları düzərək 6-8 dəqiqə sobada qızardıb salatla birlikdə yeyin.
 
Salat
8 ədəd çerri pomidoru
1 orta boy xırda dilimlənmiş xiyar
4 böyük qara zeytun (tumu çıxarılıb doğranılır)
1 yemək qaşığı doğranmış göy soğan
15-20 yarpaq təzə nanə yarpağı
1 çay qaşığı zeytun yağı + 1 çay qaşığı limon suyu
 
Saat 15:00 və ya 16:00 (245 kalori)
 
1 kasa yağsız qatıq
5 ədəd dilim-dilim kəsilmiş quru ərik
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
 
Axşam (370 kalori)
8 böyük krevetka
1 yemək qaşığı zeytun yağı
2 çay qaşığı təzə keşniş
2 çay qaşığı limon suyu
8 dilim balqabaq
1 kiçik kasa pazı
¼ kasa düyü
 
Krevetkaları zeytun yağı ilə qarışdırıb, üstünə keşniş və limon suyu əlavə edin. 3-4 dəqiqə orta temperaturda bişirin. Buğda 5-7 dəqiqə bişmiş balqabaq və pazını başqa bir qabda pörtmüş düyü ilə qarışdırın.
 
Gecə: 1 stəkan darçınlı yaşıl çay
 
İncəbel olmaq istəyirsinizsə, bu pəhrizə elə indi, bu səhədən başlayın!



Oxşar mövzular:
  • 1 aya 12 kilo arıqlayın - PƏHRİZ
  • Adriana LIma ariqlamaq yollari
  • Sızanaq önləyən maska
  • Qiyməli Pide...
  • Arıqlamaq istəyənlərə


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    ferhadpro
           Нет
    Şərhləri: 3
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III