Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq

  • Müəllif  Asef

Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq

 

Məhərrəm ayında, xüsusilə də Aşura günü dindarların ifrat elementlərə yol verməməsi üçün tədbirlər görüləcək.

Bu barədə Milli.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib. 

Şöbə müdirinin sözlərinə görə, DQİDK tərəfindən Məhərrəm ayının başlanması münasibətilə tədbirlər planı hazırlanıb: "Həmin plana əsasən, Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaq halı ilə qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə hallarının qarşısı alınması ilə bağlı respublikanın bütün bölgələrində tövsiyə xarakterli tədbirlər həyata keçiriləcək. 
Eyni zamanda, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən qanvermə aksiyasına xüsusi dəstək verəcək. Komitə dindarları bu xeyirxah işdə fəal olmağa çağırır". 

Qeyd edək ki, QMİ-nin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı verdiyi fətvasında bildirilir ki, oktyabrın 15-də Məhərrəm ayı daxil olub. Həmin gün hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatıb, yeni hicri 1437-ci il başlanıb. Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə təsadüf edəcək.

Şuranın fətvasında da qeyd edilir ki, Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseynin (ə.s) əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

İlkin İzzət



Oxşar mövzular:
  • Məhərrəm ayı başladı
  • Ramazanla bağlı FƏTVA
  • Torpaqla bağlı yeni qaydalar
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb
  • Hər gün Aşura....hər yer Kərbəla...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031