Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Aşura günü harada qan vermək olar? - SİYAHI

  • Müəllif  Asef

Aşura günü harada qan vermək olar? - SİYAHI

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il Aşura günü 24 oktyabr tarixinə təsadüf edir və həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını belədir:

Bakı şəhəri:

1. Yasamal rayonu - Təzəpir məscidi;

2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;

3. Səbail rayonu - Bibiheybət məscidi;

4. Səbail rayonu - İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu - Qaraçuxur məscidi;

6. Xəzər rayonu - Mir Mövsüm ağa məscidi;

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;

8. Nəsimi rayonu - Əjdərbəy məscidi

9. Sumqayıt şəhəri - Cümə məscidi;

10. Gəncə şəhəri - İmamzadə məscidi;

11. Mingəçevir şəhəri - Heydər məscidi;

12. Şəki şəhəri - Cümə məscidi;

13. Lənkəran şəhəri - Böyükbazar məscidi;

14. Bərdə şəhəri - Cümə məscidi;

QMİ onu da bildirib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, 23 oktyabr tarixində Tasua günündən başlayacaq.



Oxşar mövzular:
  • Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümrə ziyarətində oldular, ...
  • Dünyanın ən böyük 10 məscidi
  • Bugün Bakıda işıqlar sönəcək
  • “Aşura günü” ilə bağlı qanvermə aksiyaları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III