Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilir

  • Müəllif  Asef

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilir

 

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlamasında deyib ki, Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası saat 7:30-da başlayıb və saat 9:30-a qədər 108 nəfər qanvermə aksiyasında iştirak edib.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunub ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir və qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Fətvada qeyd olunurdu ki, əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər. Buna baxmayaraq, bu Aşura günündə Təzəpir məscidində zəncir və başqa alətlərlə qan çıxarmaq halları müşahidə edilib.



Oxşar mövzular:
  • Bu gün Aşuradır
  • Aşura günü harada qan vermək olar? - SİYAHI
  • Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq
  • Məhərrəm ayı başladı
  • “Aşura günü” ilə bağlı qanvermə aksiyaları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III