Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gənc yazıçı Əhliman Cəfərov ilə musahibə

Gənc yazıçı Əhliman Cəfərov ilə musahibə

Bir neçə həftə və ya bir neçə ay bundan əvvəl tanış olduğun insandan musahibə alanda istəsən də obyektiv ola bilmirsən.Umumiyyətlə yeni tanıdığın insana sual seçmək çox çətindir.

Layihəmin buhəftəki qonağı Gənc şair,yazıçı Əhliman Cəfərov oldu. Əhlimanla musahibəyə başlayanda yuxarıda sadaladığım səbəblərdən dolayı bir qədər həyəcan keçirirdim. Amma sağ olsun, musahibimin mulayim cavabları sayəsində həyəcanım ilk dəqiqədəcə yox oldu.

-Xoş görduk, Əhliman. Səni görməyə şad oldum…
-Çox sağol, Aytən xanım, elə mən də.
-Yeni bir dost tapmaq, onunla fəxr etmək çox xoş hislərdir. Artıq "Sevgi həsrəti” adlı şeirin bir çox insanlara məlumdur.Sənin şeirlərinin dinləyicilər tərəfindən sevildiyinin və maraqla qarşılandığının şahidiyəm.İnanıram ki, hər bir yazdığın yeni şeirlər də maraq obyektinə çevriləcək.
-Təşəkkur edirəm.
-Necə oldu ki, şeir yazmağa başladın?
-Hələ uşaq yaşlarımdan şeir yazmağa başlamışam. Sadəcə olaraq uşaqlıqdan ədəbiyyata marağım olub. Bir çox şairlərin kitabını oxumuşam. Bəlkə də elə o şairlərin şeirlərindən ilham alaraq şeir yazmağa başlamışam..
-Sən yetərincə gənc bir yazıçısan. Bu qaçılmazdırki sənin şeirlərin tənqidlərə də tuş gələcək. Tənqidə dözumlusən?
-Məşhur fransız aktyoru Jan Qaben tənqidi qətiyyən sevməyib, hətta onu tənqid edən insanlardan zəhləsi gedib, öz unvanına tənqidi fikir eşitdiyi gun saatlarla əsəbindən partlayıb. Amma, bu o demək deyil ki, Jan Qaben zəif bir aktyor olub. Əksinə, o, dunyanın ən guclu aktyorlarından biri olub. Sadəcə Qaben tənqidi sevmirdi.
-Bəs sən?
-Tənqidlə qarayaxma tamamilə fərqli anlayışlardır. Tənqidi ancaq savadına, onun dunyagöruşunə bələd olduğum insandan qəbul edərəm.
-Yazanda öz fantaziyanı sətirlərə köçurursən?
-Əlbəttə ki, öz duşuncələrimi nəzərə alıram.
-Yazıçıların xəyalpərəst olduğu deyilir,razılaşırsan bu ifadə ilə?
-Bəli, razılaşıram..
-Şeirlərinin əvvəlində yoxsa sonunda daha çox yalan danışırsan?
-Harda misraya uyğun gəlirsə orda..
-Qadınları təsvir etmək çətin deyilki? Qadın psixologiyasını bilirsən?
-Yox, çətin deyil. Qadın psixologiyasını bilirəm. Sadəcə, yaxşı muşahidə etmək qabiliyyətin olmalıdır.
-Əhliman Cəfərov uçun xoşbəxtlik nədir?
-Ailədə mehribanlıq və firavanlıq.
-Bəlkə bir az dostlarından və dostluqdan danişasan..
-Mən hər zaman bu sözu demişəm və deyəcəyəm də. Əgər bir insanin dostlarının maksimal sayı 5-dən yuxarıdırsa onda bu dostluq sadəcə adi bir tanışlığa çevrilir. Dostlarım var. Sözun əsl mənasında özumə əsl dostlar qazanmışam və seçmişəm.Allah hamısının canını sağ eləsin.
-Tənhalıq Əhliman Cəfərovun qəlbini usutmurki?
-Duzu hansı sualı gözləsəydim də bu sualı verəcəyini ağlımın ucundan belə keçirmirdim. Ailəm və dostlarım hardasa mənim uçun bir məhəbbətdir. Ömrumun sonuna qədər tənha yaşamağı duşunmurəm, bununla belə, tələsmirəm də.. Ailə qurmaq xatirinə xasiyyətinə, insanlığına, zövqunə bələd olmadığım bir adamla ailə qura bilmərəm. Belə bir şey ola bilməz.
-Yaradıcı bir insanın mukəmməl bir iş ortaya çıxarması uçun sevməsi şərtdir?
-Qətiyyən razı deyiləm. Bu mənasız bir ifadədir.
-Suallarım bitdi. Gözəl söhbət uçun çox sağ ol...
-Mənim uçun də xoş idi, minnətdaram.


Oxşar mövzular:
  • Əslində Mən (Roman) - Bir az Yoxluq və Ehtiyac...
  • Əslində Mən (Roman) -Biri məni oyatsın...
  • SeVGi :)
  • Sevmək hər şeyi həll etmir
  • Yetim Eyvaz: “Sağıcısı deputat, mollası alkaş...” [video]


  • Gerİ dön


    1 şərh


    • cox gozel suallar ve cvblari idi tanidigima saw oldum

    • --------------------------------------------
      [thumb]http://take.az/uploads/posts/2013-11/1384940326_b.png[/thumb]

    • Xəbərlər: 139
    • Şərhlər: 2309
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III