Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Rəddi-məzalim nədir?

  • Müəllif  Asef

 

İnsan bəzən həyatı boyu başqalarının haqqını tapdalayar. İnsanların hüququna riayət etməmək iki cür olur: maddi şeylərlə və maddi olmayan şeylərlə. Hamımız yaxşı bilirik ki, əgər kimsə bizim yanımıza bir malı qoyubsa - istər pul olsun və ya başqa bir şey - biz gərək onu sahibinə qaytaraq. Bu işi görməyincə, tövbəmiz qəbul olmaz. (Tebyan)

Take.Az deyerler.org-a istinadən bildirir ki, ancaq bəzən biz yaddan çıxardırıq ki, kimdən borc almışıq və ya kimin malı yanımızdadır və onu qaytarmamışıq. Və ya kiminsə malına ziyan vurub, onun əvəzini ödəməmişik. İndi də həmin şəxsi tanımırıq. Bəs biz nə edək?
Əgər sahibini tanıyırıqsa, gərək özünə qaytaraq və halallıq istəyək. Ancaq əgər sahibini tanımırıqsa və ya sahibini tapmaq mümkün deyildirsə, mərcəyi-təqlidin icazəsi ilə həmin pulu sədəqə vermək olar. Bu, rəddi-məzalim adlanır.
Əgər insan onun miqdarını bilirsə və sahibini tapmaqdan da ümidsiz olubsa, o zaman mərcəyi-təqlidin icazəsi ilə onu sədəqə verə bilər. Əgər miqdarını bilmirsə, təxmin etdiyi miqdarı sədəqə verməlidir. Əgər miqdarı heç cür bilmirsə, o zaman haram malın olduğu pulun beşdə birini xüms və sədəqə niyyətilə mərcəyi-təqlidin icazəsi ilə sədəqə verməlidir.
Əgər varis bilsə ki, ölən insanın qoyub getdiyi mal kimindir və əgər sahibini də tanıyırsa, ona qaytarmalıdır. Yox əgər tanımırsa və tanıması da mümkün deyildirsə, gərək mərcəyi-təqlidin icazəsi ilə həmin yəqin etdiyi malı yoxsullara sədəqə niyyətilə versin. Əgər miqdarı bilmirsə, həmin malın beşdə birini mərcəyi-təqlidin icazəsi ilə sədəqə verməlidir.
Əgər meyit vəsiyyət etsə ki, filan malı rəddi-məzalıim niyyətilə versinlər onu mərcəyi-təqlidin icazəsi ilə sədəqə vermək lazımdır.
"Üsuli-Kafi" kitabında oxuyuruq ki, Bəni-Uməyyə üçün çalışan bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və ona deyir ki, mənim xilas olmağım üçün yol vardırmı? İmam (ə) ona məsləhət görür ki, bu yolla əldə etdiyi malı sahiblərini tanıyırsa, onlara qaytarsın, tanımadıqlarını isə sədəqə versin. Bu zaman onun xilas olması mümkün olar.



Oxşar mövzular:
  • İzdivacda qadın və kişinin azadlığı
  • Hansı halda qeybət etməyə icazə verilir?
  • İnsanı namazdan saxlayan amillər
  • ELM YAXŞIDIR YOXSA VAR DÖVLƏT?
  • Qadınlar haqda deyilmiş aforizmlər [2]


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III