Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

  • Müəllif  Asef

Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

 

Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid edildikdən sonra əksəriyyətinin başı bədənindən ayrılıb nizələrin ucuna taxıldı və Kufəyə aparıldı. 
Take.Az islam.az-a istinadən bildirir ki, Başsız bədənlərin üzərindən Yezidin əsgərləri at sürüb cənazələri təhqir etdilər. Bundan sonra qoşun Kərbəladan çıxıb getdi, cənazələr isə yerdə qaldı. Üç gündən sonra yaxınlıqda məskunlaşmış Bəni-Əsəd qəbiləsinin üzvləri gəlib şəhidlərin cənazəsini dəfn etdilər. İmam Hüseynin (ə) cənazəsinin dəfninə gəlincə, şiə rəvayətlərinə görə, bu işi İmam Zeynülabidin (ə) yerinə yetirmişdir. O həzrət, uzaqda və əsirlikdə olsa da, möcüzəvi şəkildə Kərbəlada görünmüş və atasını dəfn etmişdir. Şiə mənbələrində yazılır ki, məsumun dəfnini yalnız məsum həyata keçirə bilər.


Oxşar mövzular:
  • Kərbəlaya çaxan şimşək
  • Həzrət Əli Əsğər (ə) haqqında
  • Nazənin feat Əli Hüseynov-Unutdum (2014 mp3)
  • Nazənin-Ayrıldiq (mp3)
  • Nazənin-Ay ürəyim (2014 yeni mp3)


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III