Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Aşura günü yığılan qanlarda QİÇS aşkarlandı

  • Müəllif  Asef

Aşura günü yığılan qanlarda QİÇS aşkarlandı

 

Bir neçə ildir ki, ölkədə qanvermə aksiyalarının keçirilməsi ənənə halını alıb. Bu nəcib təşəbbüs nəticəsində yığılan qanlar qan xəstəliyindən əziyyət çəkən xəstələrə vurulur. Bu günlərdə ölkədə daha bir qanvermə aksiyası təşkil olundu. Aşura günündə məscidlərdə keçirilən qanvermə aksiyası zamanı 5 min litrdən çox qan  toplandı. Könüllü olaraq bu prosesdə iştirak edən insanlar qan xəstəliyindən əziyyət çəkən insanlara yardımçı olmağa çalışsalar da, bəzən onların bu nəcib təşəbbüsə qoşularaq verdikləri qan işə yaramır.

Take.Az xəbər verir ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva movqe.az-a açıqlamasında bildirib ki, yığılmış 5 min litr qan infeksiyalara görə yoxlanıldıqdan sonar xəstələrə vurulur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında toplanan qanlar, 4 infeksiya üzrə yoxlanılır: "Yoxlama prosesində yığılan qanın nə qədərinin yararsız olduğu məlum olur. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ilkin yoxlamalar aparılır. Daha dəqiq yoxlama isə Qan Bankında aparılır. Orada  laboratoriya qanlar müəyyən xəstəliklərə görə, müayinədən keçirildikdən sonra istifadəyə buraxılır".

Z.Əlimirzəyeva qeyd edib ki, əhali arasında qanvermə aksiyaları zamanı toplanan qanda təhlükə, hər hansı infeksion xəstəliyin olması barədə narahatlığın yaranmasına heç bir əsas yoxdur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında laborator müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanan qanların olduğu üzə çıxır. Bu zaman isə həmin qanlar yararsızlaşdırılır".

Z.Əlimirzəyevanın sözlərinə görə, qanvermə aksiyalarında toplanan qanların keyfiyyətini itirənədək saxlanılması, köhnəldikdən sonra istifadəsinə dair söylənilənlər də şaiyədir: "Qanvermə aksiyalarında toplanılan qanlar bir aya yaxın Qan Bankında saxlanılır. Amma qeyd edim ki, qan daxil olduqdan sonra onun eritrosit kütləsi plazma hissəsindən ayrılır. Bütün dünyada qan komponentlərə ayrılaraq istifadə edilir. Xroniki qan xəstələrinə köçürülən qan ayrılmış eritrosit kütləsidir. Yəni, tərkibindəki hemoqlobinin sayəsində qana qırmızı rəng verir. Qanda dövr edən eritrositlər 120 gündən sonra dalaqda parçalanır. Eritrositlərin sayəsində qanın əsas funksiyasiyalarından biri - tənəffüs funksiyası həyata keçir. Qanın ayrılmış plazma hissəsi isə orqanizmin qan itirmə zamanı istifadə edilir. 6 saat müddətində dondurulan qanın plazma kütləsi 1 ilə qədər saxlanılır və  qan itirən insanlara vurulur".

Z.Əlimirzəyeva artıq Aşura günündə qanvermə aksiyalarında toplanılan qanların xroniki qan xəstələrinə vurulmasına başlanıldığını bildirib.

Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova isə movqe.az-a açıqlamasında deyib ki, banka daxil olan qanların müayinəsi başa çatıb. Həmsöhbətimiz bildirib ki, sonuncu qanvermə aksiyasında 5 min 136 qan vahidi toplanılıb. 284 qan vahidi yararsız çıxdığından yararsızlaşdırılıb. N.Abbasovanın sözlərinə görə, bu toplanılan qanın 5,5 faizi deməkdir. Direktor müavini bildirib ki, qanvermə aksiyasında yığılan qanlarda hepatitlər B, C, siflis və bir qan nümunəsində QİÇS virusu aşkarlanıb. N.Abbasova bildirib ki, qanvermə aksiyalarında toplanılan qanlarda viruslar erkən mərhələdə olsa belə, üzə çıxarılır: "Mərkəzi Qan Bankında olan müasir laboratoriyada istifadə edilən avadanlıqlar hepatitlərin pəncərə dövrü olsa belə, həmin virusu qanda aşkarlayaraq üzə çıxardır. Xəstələr qanvermə aksiyalarında yığılaraq labarator müayinədən sonra onlara vurulan qanın təhlükəsizliyindən əmin ola bilərlər. Elə xəstələr var ki, onlar başqa klinikalada analiz verdikdə onların qanında hansısa virus aşkarlanmır. Mərkəzi Qan Bankında yoxlanıldıqda isə xəstəliyin ən erkən mərhələsi olsa belə, virus varsa aşkarlanır. Odur ki, xəstələr qanvermə aksiyalarında yığılan qanların təhlükəsizliyinə tam əmin ola bilərlər".

N.Abbasova sonuncu qanvermə aksiyasında yığılan qanlarda xəstəlik aşkarlanan şəxslərə bu barədə məlumat verildiyini də söyləyib.



Oxşar mövzular:
  • Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Bu gün Aşuradır
  • Aşura günü harada qan vermək olar? - SİYAHI
  • Evlənmək istəyənlər mütləq oxusunlar
  • “Aşura günü” ilə bağlı qanvermə aksiyaları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930