Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gözünüzü itirmək istəmirsinizsə...

  • Müəllif  Asef

 

Eynəklərin təmizlənməsi həm görmə problemləri ilə üzləşənlər, həm də günəşdən gözlərini qorumaq istəyənlərin ortaq problemidir. Çünki eynəklər gün ərzində tez-tez çirklənir. Biz isə onu əlimizə nə keçsə, məsələn, salfetlə, hətta paltarımızın qolu və ya ətəyi ilə silirik. Ona görə də kifayət qədər baha qiymətə aldığımız eynəklər cızılır, tezliklə yararsız hala düşür.

Mütəxəssislər bildirirlər ki, eynəyi düzgün təmizləmədikdə gözlərə mikrob düşə bilər. Bu isə gözün iltihablaşmasına, hətta korluğa gətirib çıxarır. Bir sözlə, eynəyi düzgün təmizləmək keyfiyyətli eynək almaq qədər ciddi məsələdir.
 
Take.Az eynək təmizləməyin qaydalarını araşdırıb.
 
Dünyaca məşhur eynək brendlərinin əməkdaşları həm günəş, həm də optik eynəyi təmizləməyin ən yaxşı yolunun onları yumaq olduğunu bildirirlər.
 
Optika məsləhətçisi və oftalmoloq Fərid Allahyarov da bunu təsdiqləyir:
 
"Eynəkləri yumaq məsləhətdir. Əski ilə sildikdə eynək cızıla bilər. Vaxt keçdikcə bu cızıqların arasındakı boşluğa mikrob dolur. Bu isə nəinki göz, bütövlükdə sağlamlıq üçün təhlükədir".
 
Mütəxəssisin sözlərinə görə, eynəyi yuyarkən bərk sabundan istifadə etmək lazımdır:
 
"Əvvəlcə əlləri yumaq, daha sonra sabunu köpükləndirib eynəyin şüşələrini yavaş-yavaş ovalamaq lazımdır. Əgər eynəyin çərçivəsi keyfiyyətli materialdan hazırlanıbsa, yəni, su dəyəndə korlanmayacaqsa, onda çərçivəni də sabunlayın. Xüsusilə də, qulplarını ovalamağı unutmayın. Daha sonra soyuq su ilə eynəyi yaxşıca təmizləyin".
Bu prosesdə istifadə olunan sabunun və suyun keyfiyyətinin çox önəmli olduğunu vurğulayan mütəxəssis xlorlu sudan istifadəni qətiyyətlə qadağan edir:
 
"Suyun tərkibində xlor olmamalıdır. Olsa da, cüzi miqdarı keçməməlidir. Odur ki, bulaq suyundan istifadə etmək məsləhət deyil. Eynəyi keyfiyyətli su ilə yuyun (plastik qablarda satılan su nəzərdə tutulur - red). Sabun isə antibakterial olsa, yaxşıdır. Tərkibində yağ olan sabunlardan istifadə etmək olmaz".
 
Optika məsləhətçisi qeyd edir ki, eynəkləri gündə 2 dəfə bu qayda ilə təmizləmək olar. Ancaq mütəmadi olaraq eynəkdən istifadə edən insanlar bilirlər ki, eynəyi 2 dəfə təmizləmək kifayət etmir. Onu hər dəfə su ilə yumaq isə o qədər də asan üsul deyil. Ona görə də, Fərid bəydən daha asan tətbiq olunan tövsiyələr istədik.
 
O bildirdi ki, gün ərzində eynəyi tez-tez təmizləməli olduqda xüsusi materialdan hazırlanmış parçalardan istifadə etmək mümkündür:
"Adətən, eynəyin yanında belə bez təqdim olunur. Ancaq bir-iki dəfə yuduqdan sonra parçanın keyfiyyəti azalır. Bu zaman avtomobillərin pəncərələrini və ya televizor ekranını silmək üçün nəzərdə tutulan, üzərində "mikrofiber" yazılan bezlərdən alıb istifadə etmək olar. Bu bezləri islatmadan eynəyin şüşələrini yavaş-yavaş ovalayıb silmək lazımdır".
 
Optika məsləhətçisinin sözlərinə görə, eynəkləri təmizləməyin ən effektiv üsullarından biri də məhz bunun üçün istehsal edilən spreylərdən istifadə etməkdir:
 
"Eynəyi xüsusi spreylərlə də təmizləmək olar. Keyfiyyətli spreylərin tərkibində elə maddələr olur ki, o nəinki şüşəni təmizləyir, həm də onun tez çirklənməsinin qarşısını alır. Şüşəyə sürüşkənlik verdiyi üçün tozlar yapışa bilmir. Bu üsuldan istifadə etsəniz, belə eynəyi heç olmasa, gündə bir dəfə sabunlu su ilə yuyun. Onu da deyim ki, həm günəş eynəkləri, həm də optik eynəklər alarkən bir neçə manat verməklə şüşəni xüsusi təbəqə ilə örtmək olar. Bu da çıxış yoludur. Bu təbəqə şüşənin cızılmasının və ləkələnməsinin qarşısını alır, onu tez-tez təmizləməyə ehtiyac qalmır".
Optika məsləhətçisi onu da qeyd etdi ki, spreylərdən fərqli olaraq eynəkləri silmək üçün nəzərdə tutulsa da, apteklərdə satılan nəm salfetlər məsləhət deyil.
 
"Bu salfetlərin tərkibindəki maddələr eynəyin şüşəsinə parlaqlıq verən üst qata zərər vurur. Beləliklə, bir neçə istifadədən sonra şüşə solğunlaşır, eynəklə baxarkən ətrafı aydın görmək olmur".
 
Bir sözlə, eynəkdən istifadə edərkən xüsusi gigiyenik qaydaları unutmamaq lazımdır. Əks təqdirdə həm pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz. 



Oxşar mövzular:
  • Uşaqlar neçə yaşdan sonra günəş eynəyi taxmalıdırlar? - MƏSLƏHƏTLƏR
  • Eynəyə ehtiyacınız qalmayacaq! – Görməni yaxşılaşdıran FORMUL
  • Dəb, ehtiyac, yoxsa maraq?
  • Eynəklər gizlədə bilməz kədəri.
  • Victoria Beckham 2011 Eynək Modelləri


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Breatheee...

    Breatheee...

    21-08-2017, 07:09

    5 Sade Sual Ve Cavablari

    5 Sade Sual Ve Cavablari

    21-08-2017, 07:08

    Aziz Kiraz - Efso Sozler

    Aziz Kiraz - Efso Sozler

    21-08-2017, 07:21

    Style I Style II Style III