Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Möcüzə resept - Arıqladan kərəviz şorbası

  • Müəllif  Asef

Möcüzə resept - Arıqladan kərəviz şorbası

 

Sağlam qidalanma mütəxəssisləri artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusi olaraq kərəviz şorbası hazırlayıblar.

Take.Az publika.az-a istinadən bildirir ki, olduqca effektiv təsir edən bu şorba qısa müddət ərzində arıqlamağa imkan verir. Kərəviz pəhrizinin əks-təsiri yoxdur. Gün ərzində istədiyiniz qədər şorba içə bilərsiniz. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta detoks təsiri göstərir.
 
Kərəviz pəhrizi 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa, digər meyvə-tərəvəzlərdən istənilən qədər yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz qəhvə də içmək olar. Asan həzm olunan kərəviz şorbası yağəridən təsirə malikdir və çox faydalıdır.
 
Kərəviz şorbasının resepti:
 
Ərzaq:
 
Kərəviz sapı - 400 qram
1 ədəd soğan
zeytun yağı
2 ədəd kartof
2 ədəd yerkökü və ya bibər
1 ədəd dəfnə yarpağı
1 ədəd təzə sıxılmış limon suyu
1 çay qaşığı zirə
duz, qara istiot
 
Hazırlanması:
 
Zeytun yağını böyük qazana töküb azca qızdırın. Sonra kub şəklində doğranmış soğanı qızarana qədər qovurun. Üzərinə dəfnə yarpağı və zirə əlavə edərək doğranmış kərəviz sapları əlavə edin. Bir neçə dəqiqə sonra kub şəklində doğranmış kök və kartofu qazana tökün. Qazanın qapağını bağlayıb 4-5 dəqiqə bişirin. Daha sonra qaynar su əlavə edərək çox zəif odda bişirin. Sonda xörəyi blenderdən keçirib servis edin. Üstünə limon suyu sıxaraq yeyin.



Oxşar mövzular:
  • Beli incəldən pəhriz
  • Kələmli lobya şorbası
  • Keşyu ilə qarğıdalı şorbası
  • Çörək içi Kabab [Hazırlanması]
  • Arıqlamaq istəyənlərə


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    ferhadpro
           Нет
    Şərhləri: 3
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III