Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Xanımların nəzərinə: dodaqlarınıza istədiyiniz formanı verin

  • Müəllif  Asef

Xanımların nəzərinə: dodaqlarınıza istədiyiniz formanı verin

 

Əgər dodaqlarınızın görüşünüzdən narazısınızsa, balaca makiyaj hiylələri ilə onu istədiyiniz formaya sala bilərsiniz.

Dodaqlarınız böyükdürsə
Take.Az qadinklubu.com-a istinadən bildirir ki,  böyük dodaqları kiçik göstərmək üçün dodaq konturunu dodağın iç hissəsindən çəkmək lazımdır. Açıq rəngdə çəkilən konturun içinə, çərçivədən daha tünd rəngdə dodaq boyası vurun.

Dodaqlarınız qalındırsa
Qalın dodaqlara sərt və parlaq rənglər vurmayın. Dodaqların iç qismindən çəkilən dodaq konturu ilə dodaq boyasının eyni rəngdə olmağına fikir verin.

Dodaqlarınız incədirsə
İncə dodaqların daha dolğun görünməsi üçün konturu dodaq xəttinin xaric hissəsinə çəkin.

Alt və üst dodaqlarınız bir-brinə uyğun gəlmirsə
Alt və üst dodaqların qalınlıqları bir-birinə uymursa, müxtəlif iki tondan istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün isə açıq ton seçin.

Alt dodağınız daha böyükdürsə
Alt dodağı boyayarkən bir az kiçiltmək lazım gələcək. Bunun üçün orta hissədən başlayaraq dodaq cizgisinin bir az içindən dodaqların birləşdiyi yerə qədər boyanı çəkin.

Üst dodaq daha çox önə çıxırsa
Üst dodağın ortasını müəyyən edən V şəkilini dodaq cizgisinin bir az içindən çəkərək, dodaq qıvrımı olan hissəyə qədər qələmlə boyayın. Alt dodağı isə bir az dağınıq şəkildə boyayın.



Oxşar mövzular:
  • Nazik dodaqları dolğunlaşdırmaq QAYDAsı
  • Dodaq qalınlaşdıran dodaq boyasının tərifi
  • Çatlayan dodaqlar üçün məsləhətlər
  • Dodaq boyasından düzgün istifadə edirsinizmi?
  • Dodaqlara qulluq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031