Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Həyatda peşman olmamaq üçün 3 AÇAR

  • Müəllif  Asef

Həyatda peşman olmamaq üçün 3 AÇAR

 

Biz insanlar bəzən belə düşünürük ki, əgər keçmişdə filan işi görsəydik, indiki halımız daha yaxşı olardı. Ancaq çox yaxşı bilirik ki, bu həsrət çəkməklərin heç bir faydası yoxdur, çünki keçmişdə qalmışdır. Mühüm olan budur ki, hal-hazırkı həyatda necə yaşayaq ki, peşmançılıq çəkməyək. (Tebyan)
Take.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Cavad (ə) bizlərə peşman olmamaq üçün üç açar verir ki, onlarla tanış olaq.
1. Əcələ etməkdən (tələsməkdən) çəkinmək.
2. Məsləhətləşmək.
3. Qərar verərkən Allaha təvəkkül etmək.
 
1. Əcələ etməmək və səbilri olmaq - ilk açardır. İnsan əgər əcələ edərsə, xüsusilə hökm verərkən - bu, insanı xəcalətli və başıaşağı edər. Fərdi və ictimai həyatda çətinliklər yaradar. Bu məsələyə Qurani-Məcid də işarə etmişdir. Həzrət Yunusun (ə) və Davudun (ə) əhvalatlarında ona toxunmuşdur. Bu peyğəmbərlər (ə) tələsdiklərinə görə səhvə yol vermişdilər. İnsan bilmədiyi və tanımadığı işlərdə əcələ etməməlidir. Ancaq əcələnin yaxşı forması da vardır ki, bu da xeyir işə aiddir. Belə ki, hədislərimizdə oxuyuruq: "Xeyir işdə əcələ edin". Yəni, həmin işin xeyir olduğu sizin üçün sübut olarsa o zaman əcələ edin.
 
2. Məsləhətləşmək. O kəslər ki, işlərində başqalarının nəzərinə qiymət verirlər - ona bənzəyir ki, başqalarının ağıllarından istifadə etmiş olurlar. Məsləhətləşmək odur ki, başqalarının dəyərlisini sən ucuz qiymətə alasan. Bu dəyər illər boyu təcrübə vasitəsilə əldə olunmuşdur və biz ondan istifadə edib bəhrələnə bilərik. Quran Allahın Peyğəmbərinə (s) buyurur: "Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159).
İmam Əli (ə) başqaları ilə məsləhətləşməyi sevən insanlar haqqında buyurur: "Hər kim müxtəlif nəzərləri qəbul edərsə - xata və səhvi tapar və hər kim düşünmədən bir işə qalxarsa - özünü çətinliklər və hadisələr qarşısında qərar verər".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Hər kim məsləhət etməzsə, peşman olar". Peyğəmbərimiz (s) buyurur: "Məsləhətləşmək peşmançılığın qarşısını almağa və məzəmmətdən amanda olmağa səbəb olar".
 
3. Allaha təvəkkül etmək. Təvəkkül etmək - tənbəllik etmək demək deyildir. Mühüm olanı budur ki, ürəyimizi başqalarından qıraq və ancaq Allaha təvəkkül edək və Ona ümid edək. Təvəkkül etmək o demək deyildir ki, işin dalınca getməyəsən, xeyr. Əslində təvəkkül odur ki, insan öz vəzifəsini yerinə yetirsin və işin nəticəsini Allaha tapşırsın. İmam Əli (ə) buyurur: "Çalışmaq səninlədir, ancaq nəticə səninlə deyildir".
İmam Sadiq (ə) buyurur: "O zaman ki, İbrahimi (ə) mancanağın yuxarısına qoydular və onu atəşə atmaq istədilər, Cəbrayil (ə) onu görməyə gəlir və salam verəndən sonra deyir: "Sənə kömək etməyimə ehtiyacın vardırmı?". İbrahim (ə) deyir: "Sənə yox". İşini Allaha tapşırdığı və Ona etimad etdiyi üçün atəş onun üçün gülüstan olur.


Oxşar mövzular:
  • Allah imanı ancaq sevdikləri bəndələrinə verər
  • Tək və cüt asqırmaqla səbrin rabitəsi varmı?
  • Yaxşılıq etməyin dəyəri
  • Hədislərdən bir neçəsi
  • Hər kəsin dəyəri onun biliyi qədərindədir


  • Gerİ dön


    3 şərh


    • oxudum çox gözel idi herkese meslehet gorurem .?


    • leman
    • Xəbərlər: 0
    • Şərhlər: 10
    • İCQ: 12345

    • fidash
    • 23 noyabr 2015 06:55
    •  

    • Allah razı olsun...


    • Xəbərlər: 2
    • Şərhlər: 88
    • İCQ:


    • Tesekkurler...............


    • ......
    • Xəbərlər: 0
    • Şərhlər: 133
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III