Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Əzgil ilə dərinizi cavanlaşdırın

  • Müəllif  Asef

Əzgil ilə dərinizi cavanlaşdırın

 

Əzgil kimyəvi tərkibinə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir.

Take.Az sağlamolun.az -a istinadən xəbər verir ki, əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə, qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.

Əzgil həmçinin qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır.

Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır - arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır.

Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin lətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.

Əzgil yarpaqları da çox təsirli müalicəvi vasitədir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.

Əzgil yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı effekt verir. Bu dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, ağızda iltihablarla mübarizə aparır.

Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpkilər vəs.) zamanı istifadə olunur. Körpələrin dərisində olan səpkiləri də bu dəmləmə yaxşı aparır. Uşağı çımizdirəndə vannaya əzgil yarpaqlarının dəmləməsini əlavə edin.

Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin ləti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır. Ən sadə maska varianti - əzgili təmizləyin, əzin və üz dərisinə çəkin. Dəriniz qurudursa, maskaya 1 çay qaşığı zeytun yağı əlavə edin. 20 dəqiqədən sonra üzünüzü yuyun.

Əzgildən çox yaxşı təbii skrab hazırlamaq olar. Bunun üçün əzgilin tumlarını qəhvə üyüdən maşında əzin, əzgilin ləti ilə qarışdırın və üzünüzü bu skrabla təmizləyin.



Oxşar mövzular:
  • Jenşenin inanılmaz sayda faydalı xüsusiyyətləri
  • Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə
  • Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin
  • Arıqlamaq istəyirsinizsə, alça yeyin
  • Meyvə və tərəvəzlərin orqanizmə təsiri


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III