Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Xeyirxah insanın 4 nişanəsi

  • Müəllif  Asef

Xeyirxah insanın 4 nişanəsi

 

Əmirəl-möminin (ə) buyurur: "Bilin ki, Quran elə xeyirxahdır ki, xəyanət etməz, elə bir hidayətçidir ki, yolunu azdırmaz, elə bir natiqdir ki, yalan danışmaz".

Take.Az deyerler.org-a istinadən bildirir ki, dinimizi xeyirxahlıq olmadan təsəvvür etmək olmaz. Xeyirxahlıq - kin və həsədin əksidir. Xeyirxahlıq odur ki, insan Allahın nemətinin və xeyirinin müsəlmanlara çatmasını istəyər və onlara zülm və şərin dəyməsini kərahət bilər. 
Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ali məqamlı insan o kəsdir ki, xəlq üçün xeyirxahlıq yolunda hamıdan daha əvvəl addım atar". İlahi peyğəmbərlər (ə) və İmamlar (ə) xeyirxah insanlar olmuşdular.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Allah yanında ən yaxşı insan - insanlar üçün daha faydalı olanıdır". Xeyirxah insan həmişə başqaları üçün bir iş görər və özünü ikinci plana atar.
İmam Səccad (ə) buyurur: "Başqaları üçün xeyir addım at, əgər o, onun əhli olarsa, sən haqqı əldə etmisən, əgər əhli və layiqli olmazsa, sən ona layiq olarsan".
Hər kim başqasının xeyrini istəyər, ona çatan xeyirdə onunla şərik olar. Yəni, savabı xeyri çatdıranın savabı kimi olar. Ona görə də əgər kimisə xeyir işə tərəf hidayət etsəniz və o, həmin əməli yerinə yetirərsə, siz də həmin əməlin savabında onunla şərik olarsınız.
Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz necə ki, öz xeyirxahısınız, gərək qardaşınızın da xeyirxahı olasınız".
İmam Sadiq (ə) buyurur: "Hər kim onunla mömin qardaşı məsləhətləşərsə və ağlına görə onun xeyirxahlığı üçün olan şeyi ona deməzsə, Allah Təala ona verdiyi ağıl və rəyi ondan geri alar".
Həzrət Peyğəmbər (s) buyurur: "Xeyirxah şəxsin nişanəsi 4 şeydir: haqla hökm çıxardar, özündən başqalarına haqq verər, özü üçün bəyəndiyini başqaları üçün də bəyənər, heç kəsin (haqqına) əl uzatmaz".



Oxşar mövzular:
  • Yaltaqdan necə qorunaq?
  • Qeyri-müsəlmanlara görə də xeyir duası etmək olar
  • Yaxşılıq etməyin dəyəri
  • Hədislərdən bir neçəsi
  • Hər kəsin dəyəri onun biliyi qədərindədir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III