Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Smartfon insana necə təsir edir?

  • Müəllif  Asef

Smartfon insana necə təsir edir?

 

Smartfonlar, fabletlər, planşetlər - miniatür kompüterlər sürətlə həyatımıza inteqrasiya edir. Elə bu səbəbdəndir ki, alimlər bu qurğuların insanın fiziki və psixi sağlamlığına təsirinin hərtərəfli tədqiqinə başlayıblar.

Take.Az ICTnews-a istinadən bildirir ki, Harvard Universitetinin professoru Emi Kaddi "The New York Times" üçün yazdığı məqaləsində qeyd edib ki, gözünü smartfonun displeyindən ayıra bilməyən insanların beli tədricən əyilə bilər. Belə vəziyyət boyun nahiyəsinə əlavə yük yaradaraq müxtəlif xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Orta çəkili insanlarda başın mailliyi 30 dərəcə olduqda boyun nahiyəsinə təxminən 18 kq, 60 dərəcədə isə 27 kq əlavə yük düşür.
 
Belə duruş yalnız fiziki deyil, həm də psixi vəziyyətə təsir edir: Kaddinin sözlərinə görə, belə duruş forması yalnız neqativ vəziyyəti əks etdirmir, həm də onu yaradır. Alim elmi işlərə istinad edərək bildirib ki, bükülmüş bel forması insanın əhval-ruhiyyəsinin pisləşməsinə, yaddaşının zəifləməsinə səbəb olur.
 
"Biz işin səmərəliliyini və yaşayış keyfiyyətini yüksəltmək məqsədilə gün ərzində mobil qurğulardan bir neçə saat istifadə edirik, ancaq bu cihazlarla belə sıx qarşılıqlı əlaqə tamamilə əks-təsir göstərir" - deyə Kaddi yazır.
 
Alim qeyd edir ki, smartfondan istifadə zamanı bədənin vəziyyətinə diqqət yetirmək lazımdır.



Oxşar mövzular:
  • Belə yatmazlar
  • Planşetləri smartfonlar əvəzləyir
  • Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
  • Dostlar çox yaşamağa kömək edir
  • Qadınlar daha çox qışda qocalır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Absence Bağışlamır
           Нет
    Şərhləri: 1
     
    Keithbef
           326846464
    Şərhləri: 1
     
    «     İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III