reklam
Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI https://take.az/uploads/posts/2023-01/medium/1673763531_qehve_sac_01.jpg
n2006

n2006 Kosmetologiya 15-01-2023, 10:20

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI
Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməsi prosesini 46% sürətləndirir.

LoaDinG.Az saçların tökülməsinə qarşı qəhvə maskalarının reseptlərini təqdim edir.


1. Qəhvə + yumurta

1 x.q. üyüdülmüş təbii qəhvənin üzərinə 2 x.q. qaynar su tökün, dəmləyin, soyudun, 1 çalınmış yumurta və 1 x.q. gənəgərçək yağını əlavə edib qarışdırın, saçlara çəkin (saçların köklərinə xüsusi diqqət edin!). Maskanı 30 dəqiqə saxlayın, sonra saçınızı yaxşı yuyun.

2. Qəhvə + soğan

1 x.q. təbii qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. soğan şirəsi və 1 x.q. ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Maskanı 30 dəqiqə saxlayın.

3. Qəhvə + rozmarin efir yağı

1 x.q. qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. zeytun yağı və 5 damcı rozmarin yağını əlavə edib, yaxşı qarışdırın. 30 dəqiə saxlayın.

Maskaları həftədə 2 dəfə olmaqla 1 ay ərzində istifadə edin. Sonra həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Reseptlərdə istifadə olunan soğan şirəsi və rozmarin yağı da kofeinlə yanaşı saçların tökülməsinə qarşı ən təsirli vasitələr kimi qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 188 190 173 196 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.