Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Həyat yoldaşınızın qəlbini fəth etməkdən çəkinməyin

  • Müəllif  Asef

 

Həyat yoldaşınızın qəlbini fəth etməkdən çəkinməyin

 

Take.Az deyerler.org-a istinadən bildirir ki, əgər həyat yoldaşınız üçün arzuların ünvanı olmaq istəyirsinizsə tövsiyələrə diqqət edin:

1. Evin böyüyü olmaq hissini ona aşılayın. Evin kişisi istəyir ki, evin bütün üzvləri, xüsusilə də xanımı onun rəhbərliyini qəbul etsin. Nigaran olmayın, bu, o demək deyildir ki, siz gərək istəklərinizi kənara qoyasınız və müştərək həyatda qərar vermək məharətinizi itirəsiniz. Siz ona bu hissi aşılayaraq, qəlbini fəth edə bilərsiniz. Ona görə də kifayətdir ki, onunla sevgi və mehriban dolu sözlərlə danışasınız.

2. Ona gözəl hissləri hədiyyə edin. Hər bir kişi üçün ailə həyatında mühüm olan insan - onun xanımıdır. Kişi istəyir ki, onun xanımı həyatının hər bir sahəsində: enişlərində və yoxuşlarında onunla eyni sırada addım atsın. Bir sözlə, onun himayəsini hiss etməyə ehtiyac duyur. Əgər həyatınızın çətin anlarında onun əlindən tutub himayə etsəniz, sizə olan etimadı artar.

3. Onu tərifləyin. Kişilərin tərifə olan ehtiyacı inkarolunmazdır. O zaman ki, kişi evə gələr, bu ehtiyacı daha da artar. Kişilər həyat yoldaşları tərəfindən təriflənməyə həmişə ehtiyac duyarlar. Çünki bu zaman özlərini ailələri üçün möhkəm qala hesab edərlər.

4. Qədrini bilin. Evdən bayırda işləmək ərinizin vəzifəsi olsa da, ancaq hər bir kişi sevir ki, əməyinə görə ona təşəkkür edilsin. Bu təşəkkür bais olar ki, işində daha çox çalışqan və səy göstərən olsun. Kifayətdir ki, onun işindəki çətinliklərə bir qədər diqqət edib, onu anlayasınız.

5. Özünüzü unutmayın. İslam dini ailədə qadının kişi və kişinin də qadın üçün bəzənməsini çox bəyənən və həmişə ona təşviq edən dindir. Qadın zahirdə incə və gözəl olduğu üçün, kişinin onu bu halda görməsi onu şad edər. Ona görə də ailə içində də öz gözəlliyinizə və səliqənizə diqqət edin. Xüsusilə də ərinizin işdən evə qayıdan zamanı.

6. Məharətli olun. Mətbəxdə məharətli olmaq, evi səliqəli saxlamaq - hər bir müsəlman qadının bacara bildiyi işlərdəndir. Siz bu məharətinizlə ərinizin qəlbini fəth edərsiniz.

7. Yeri gəldi-gəlmədi ağlamayın. Kişilər qadınların göz yaşları qarşısında çox narahat olarlar. Ayaqqabınızın dabanının sınması, ətir şüşəsinin sınması sizi gərək ağlatmasın. Kiçik şeylər üçün göz yaşı tökməyin. Mühüm olmayan şeylərə görə bu cür hisslər nümayiş etdirməyin.

8. Onu pisləməyin. Əgər siz başqalarının yanında ərinizin pis tərəfləri haqqında danışsanız, onlarda belə bir hiss yaranacaqdır ki, nə qədər nadansınız və bu cür insanla yaşayırsınız. Başqaları sizdən bunun əksini eşitmək istəyir. Ona görə də ərinizi tərifləməyi bacarın və əmin olun ki, o, sizin qədrinizi biləcəkdir.



Oxşar mövzular:
  • Həyat yoldaşları nə etməlidir ki, ailə bağları daha möhkəm olsun?
  • Centlmenliyə gedən 10 addım
  • Xəyanət nədən yaranır?
  • Qan qrupunuz sizdən danışır!
  • Qadınları bədbəxt edən 6 kişi tipi


  • Gerİ dön


    2 şərh


    • twkler xebere gore

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:


    • maragli idi cox sagolun


    • ......
    • Xəbərlər: 0
    • Şərhlər: 133
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930