reklam
Dərinin cavanlığını saxlayan məhsulları Dərinin cavanlığını saxlayan məhsulları https://take.az/uploads/posts/2023-01/medium/1674398910_deri_cavan_01.jpg
n2006

n2006 Kosmetologiya 22-01-2023, 18:50

Dərinin cavanlığını saxlayan məhsulları

Dərinin cavanlığını saxlayan məhsulları
Hindistanlı alimlər dərinin cavanlığını saxlamağa və elastikliyi təmin edən əsas zülalın - kollagenin istehsalına kömək edən məhsulları açıqlayıblar.

LoadinG.Az bildirir ki, bu barədə “Times Now” yazır.


Bildirilir ki, ilk növbədə rasiona qaynadılmış toyuq əti əlavə etmək lazımdır. Quş ətində çoxlu birləşdirici toxuma var ki, bu da onun tərkibində kollagenin böyük miqdarda olduğunu göstərir.

Toyuğun müntəzəm istehlakı dərinin vəziyyətinin yaxşılaşdırılmasına, gənc və parlaq olmasına kömək edə bilər.

Tərkibində C vitamininin yüksək miqdarda olmağı sayəsində portağal və limon kimi sitrus meyvələri özünəqulluqda geniş istifadə olunur. Onların digər üstünlükləri də var: immunitetin artırılması, toksikliyin azaldılması və s.

Bundan əlavə, dəri üçün sarımsaq da faydalıdır. Bu qida ədviyyatının təbii zülal mənbəyi ola bilməyəcəyinə baxmayaraq ki, sarımsaq kollagenin sintezini stimullaşdırmağa və onun parçalanmasının qarşısını almağa kömək edə bilər. Sarımsaq, həmçinin antibakterial və antiiltihab xüsusiyyətlərinə də malikdir.

Paxlalılardan da mütəmadi olaraq istifadə etmək məsləhət görülür. Belə ki, bu fəsilədən olan bitkilər sağlam qidadır və vegetarianlar üçün zülal mənbəyidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
138 187 174 130 164 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.