Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Həcc ziyarəti üçün kvota azaldıldı

  • Müəllif  Asef

Həcc ziyarəti üçün kvota azaldıldı

 

Azərbaycanda bu il həcc ziyarətinə gedəcək zəvvarlarla bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq.

Take.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı ilə aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan həccə ən çox 1500 zəvvar gedə biləcək. Hazırda həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir və razılıq əldə olunan kimi ziyarət arzusunda olan zəvvarların sənəd qəbuluna başlanacaq. QMİ-nin nümayəndə heyəti bununla bağlı Səudiyyə Ərəbistanında səfərdə olub.
 
Ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il ucuzlaşması göstərilir. Ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır.
 
Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən həcc ziyarəti zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı otellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.  Azərbaycanda həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.



Oxşar mövzular:
  • Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatır
  • Həccə gedənlərə MÜRACİƏT
  • Həccə getmək istəyənlərə xəbər var
  • Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ
  • Həccə gedənlərin nəzərinə


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III